Rus ordusu Xersonu bombalayıb
Tarix: 05-06-2025 12:15 | Bölmə: Dünya
Rus ordusu Xersonu bombalayıb

Bu gün səhər saatlarında Rusiya ordusu Ukraynanın Xerson şəhərinin mərkəzinə dörd bomba atıb, bir neçə dinc sakin yaralanıb, yaşayış binalarına ziyan dəyib, hərbi idarə binası dağılıb.

Reyting.az
bildirir ki, bu barədə Xerson şəhər rəhbəri Oleksandr Prokudin məlumat verib.

“Cəmi on beş dəqiqə ərzində Rusiyanın dörd bombası Xersona uçub. Zərbələr rusların əvvəllər də bir neçə dəfə hücum etdiyi hərbi idarə binasına daha böyük ziyan vurub. Çoxmərtəbəli binanın girişi də dağıdılıb, pəncərələri sökülüb, binanın ətrafının fasadlarına ziyan dəyib”,- Prokudin qeyd edib.

O əlavə edib ki, ilkin məlumatlara görə, 74 və 68 yaşlı iki kişi yaralanıb. Bundan əlavə, xilasedicilərin sayəsində zirzəmidən 4 nəfər xilas edilib.

Xerson Vilayət Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, iyunun 5-də Rusiya qoşunları şəhərə havadan, artilleriyadan və pilotsuz təyyarələrdən zərbələr endirib.

“Rayon mərkəzində 4 idarəolunan aviabombanın vurulması qeydə alınıb. Ən azı beş yaşayış binası, inzibati bina və təhsil müəssisəsi zərər görüb”, - idarədən bildiriblər.

Müharibə qanunlarının və adətlərinin pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi) ilə bağlı istintaq başlayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib