Putin Rusiya və Belarusun birləşməsi məsələsinə nöqtə qoydu
Tarix: 09-06-2019 11:36 | Bölmə: Slayd
Putin Rusiya və Belarusun birləşməsi məsələsinə nöqtə qoydu

Prezident Vladimir Putin Rusiya və Belarusun birləşməsi haqda şayiələrdən danışıb. Qeyd edək ki, bu mövzu son zamanlar kütləvi informasiya vasitələrində fəal müzakirə olunur.

Reyting.az Rusiya mediasına istinadla bildirir ki, Peterburqdakı iqtisadi forumda çıxış edən Putin bu məsələyə nöqtə qoyub.

Dövlət başçısı deyib ki, iki ölkənin vətəndaşlarını bir xalq hesab edir, ancaq ölkələrin birləşməsi planı yoxdur: “Yox və ola da bilməz... Bu gün dövlətlərin birləşməsinə heç bir əsas yoxdur, bizim belə bir planımız da mövcud deyil”.

Putin sonra əlavə edib: “Biz, təkrar edirəm, bir xalqıq, ancaq elə alınıb ki, biz müxtəlif ölkələrdə yaşayırıq, ayrı dövlətlər qurmuşuq”.

Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko 2018-ci ilin dekabr ayında Rusiya KİV-lərinə açıq müsahibə verib. O, jurnalistlərlə söhbətində qeyd edib ki, müstəqillik belaruslar üçün müqəddəsdir.

“Belarusu vilayətlərə bölüb və Rusiyaya birləşdirmək – bu, heç vaxt olmayacaq”, - Lukaşenko o vaxt vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}