08:42 / 28-10-2025
Britaniya Türkiyəyə döyüş təyyarələri verəcək
08:33 / 28-10-2025
Qəzzada ölənlərin sayı 68 527 nəfərə çatıb
08:28 / 28-10-2025
Trampı Tokio səfərində sürpriz gözləyir
08:22 / 28-10-2025
Zelenskinin tələbinə Londondan cavab verilib
07:56 / 28-10-2025
Mehdiyevin məktubu Müsavatla AMİP arasında mübahisə yaradıb
07:36 / 28-10-2025
Türkiyədə 6,1 maqnitudalı zəlzələ olub
07:23 / 28-10-2025
Qarabağın daha iki kəndinə köç karvanı gedir
00:03 / 28-10-2025
Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür
21:28 / 27-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub - Yenilənib
20:31 / 27-10-2025
"Bank Respublika"nın borcları artıb - Əmanətlər geri çəkilib
20:19 / 27-10-2025
Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır - Müraciət
19:59 / 27-10-2025
Rəşad Dağlı əməliyyat olunub
19:51 / 27-10-2025
Ciddə Qülləsi dünyanın ən hündür göydələni olacaq - Foto
18:08 / 27-10-2025
Ceyhun Bayramov Ayşe Berris Ekinci ilə görüşüb
18:03 / 27-10-2025
Qırıcılarımız Bakı səmasında - Video
17:51 / 27-10-2025
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
17:36 / 27-10-2025
Rəqqasə: “Zalımların o dünyada yanmasının nə xeyri var?”
17:26 / 27-10-2025
Nobel mükafatını ən çox hansı ölkənin təmsilçiləri alıb? - Siyahı
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
16:45 / 27-10-2025
İran: Rusiyadan “S-400” tələb etməmişik
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
16:28 / 27-10-2025
Bu şəxslərin maaşı qalxıb - Siyahı
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:11 / 27-10-2025
ASC-də nöqsanlar aşkar edilib
15:58 / 27-10-2025
Bakıda və Abşeronda güclü külək olacaq - Xəbərdarlıq
15:47 / 27-10-2025
"Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan olunub
15:29 / 27-10-2025
Ölkədən çıxışın bloklanmasını daha br qurumdan yoxlamaq mümkün olacaq
15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
20:19 / 27-10-2025
Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır - Müraciət
Əli Həsənov Nuru paşadan yazdı: "O, xalqımızın qəlbini fəth edib..."
Tarix: 15-09-2019 23:33 | Bölmə: Slayd

"101 il öncə bu gün-sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxtına çevirilməsində misilsiz tarixi rol oynadı".
Reyting.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov “Facebook”dakı səhifəsində yazıb.
Ə. Həsənov bildirib ki, o dövrdə milli müstəqilliyimiz yenicə elan olunmuşdu. Dövlət institutları hələ formalaşmağa macal tapmamış məmləkətimiz və onun sərvətləri uğrunda gedən geopolitik savaşda, qanlı maraqlar toqquşmasında Bakısız qalmış Azərbaycan, Xalq Cümhuriyyətinin qurucuları tərəfindən haqlı olaraq başsız bədənə bənzədilirdi:
"Azərbaycan fiziki bütövlüyünə - öz başına qan və inanc qardaşları ilə çiyin-çiyinə verərək, Bakıdakı özbaşınalıqlara, hərc-mərcliyə, talan və repressiyalara son qoyaraq qovuşdu. Baş şəhər də daxil olmaqla, ölkəmizin dörd bir yanı zəfər təntənəsinə büründü. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakıya daxil olması müqəddəs Qurban bayramı günlərinə təsadüf edirdi. Bu səbəbdən də təkcə Bakıda və bölgələrimizdə deyil, qalibiyyətin sorağını alan bütün türk-islam dünyasında bayram-bayrama qarışmışdı. Bakıda türk ordusunun adına qurbanlar kəsilmiş, şəninə ziyafətlər verilmiş, məşhur milyonçu, öz xeyriyyəçiliyi ilə xalqımızın yaddaşına əbədi həkk olunmuş Hacı Zeynalabdin Tağıyev indiki Dövlət Filarmoniyasının binasında təmtəraqlı süfrə açaraq Nuru paşanı əhali adından salamlamış, ona yüksək ehtiram göstərmişdi.
Nuru paşanın xatirəsi, Qafqaz İslam Ordusunun rəşadəti ötən əsrin sonlarında öz müstəqilliyini yenidən qazanmış Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində xüsusi ehtiramla yad edilir. Bu ehtiramın ən bariz təcəssümü Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna ucaldılan abidədir.
Bu abidə böyük Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin həm yaxın tariximizdəki əsaslarını, həm də gələcək hədəflərinin gerçəkləşməsi baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan fədakarlıq tələbini simvolizə edən bir əsərdir. Bu abidənin layihəsi 1918-ci ildə hazırlanmış, ADR parlamentinin 15 sentyabr 1919-cu ildə Bakının azad olunmasının 1 ili münasibəti ilə keçirilən xüsusi iclasından sonra hökumət üzvləri, millət vəkilləri Çəmbərəkənd qəbiristanlığına gedərək türk əsgərinin heykəlinin qoyulması üçün özül inşa etmişdilər. Lakin 28 aprel ilhaqı bu abidənin ucaldılmasına imkan vermədi. Müstəqilliyin bərpasından sonra Azərbaycan və Türkiyə hökumətlərinin razılaşmasına əsasən həmin layihə davam etdirildi. Abidənin yeni təməli 1999-cu ildə qoyuldu, bir il sonra isə Azərbaycan prezidenti Heydər Əliyevin və Türkiyə prezidenti Süleyman Dəmirəlin iştirakı ilə açılış mərasimi keçirildi. Bildiyiniz kimi, ötən il Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı bir çox rəsmi, elmi və mədəni tədbirlər təşkil olundu. Azərbaycan prezidenti cənab İlham Əliyevin və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirak və qəbul etdikləri əzəmətli hərbi paradda xalqlarımız və dövlətlərimiz arasındakı bağların qırılmazlığı, zamanın qardaşlıq duyğularımızı daha da gücləndirdiyi, torpaqlarımızın işğaldan azad edilməsi üçün yenə də birgə iradə ortaya qoymağımız bütün dünyaya nümayiş olundu.
Bəli, 1918-ci ilin sentyabr ayının 15-də Bakının azad edilməsi ilə kulminasiya nöqtəsinə çatan Osmanlı ordusunun Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir. Onunla örnəkdir ki, Qafqaz İslam Ordusu qurularkən məqsəd nə Osmanlı dövlətinin torpaqlarını müdafiə etmək, nə də yeni ərazilər zəbt etmək olmuşdu. Bu, sözün əsl mənasında qardaşın qardaşa haraya gəlməsi, heç bir maddi və siyasi mənfəət güdmədən onu zamanın qəddar sərvət ovçularının, uşaqlara, qadınlara, qocalara rəhmi gəlməyən amansız qatillərin caynağından xilas etmək məramı idi. Buna rəğmən, hərəkatın uğurla başa çatacağı və davamlı olacağı halda, həm qocaman, həm də gənc qardaş elə əlverişli mövqe sahibinə çevriləcəkdi ki, 20 əsrin tarixi də, coğrafiyası da yaşadığımızdan tamam fərqli şəkil alacaqdı.
Qafqaz İslam Ordusu Birinci Dünya Müharibəsinin sonlarına doğru qurulmuşdu. Ordunun qurulması prosesinin başlanğıcında 12 maddəlik bir təlimatnamə tərtib edilmiş, birliyə komandan təyin olunan Nuru paşa Killigilə bu sənəd üzrə Osmanlı dövlətinin Qafqazdakı baş təmsilçisi vəzifəsi həvalə olunmuşdu. Osmanlı hakimiyyətinin son dərəcə konspirativ, hətta öz müttəfiqlərindən də gizli şəkildə yaratdığı bu hərbi birləşməyə “islam” adının verilməsi tərkibinin tamamilə müsəlmanlardan ibarət olması ilə bağlı idi. Sıravi əsgərlərindən tutmuş əsas komandirlərinə qədər bütün şəxsi heyətində bircə nəfər də olsun qeyri-müsəlman olmayan ordunun tək vəzifəsi vardı- Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə hərbi yardım göstərmək, xalqımızın və torpaqlarımızın üzləşdiyi təcavüzləri dəf etmək!
Nuru paşanın başçılıq etdiyi ordu mayın 16- da Naxçıvana, 25- də isə Gəncəyə daxil oldu. Üç gün sonra Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi və islam aləmindəki ilk demokratik respublikanın paytaxtı Gəncə oldu. ADR hökumətinin üzləşdiyi çox sayda dərin problemlər vardı. İlk növbədə ölkənin ərazi bütövlüyünün təmin olunması labüd idi. Bunun üçün formatını tez-tez dəyişən, mahiyyət olaraq isə erməni daşnak zehniyyətinə xidmət edən inqilabçı dəstələrin hökmranlığına son qoymaq lazım idi.
Bu zərurətə əsaslanaraq 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum anlaşması imzalanmışdı. Müqavilənin dördüncü maddəsində nəzərdə tutulurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin istəyi ilə daxili asayişin təmin olunması üçün Osmanlı hökuməti ölkəmizə hərbi yardım göstərməyi öz üzərinə götürür. Bu sənəd Qafqaz İslam Ordusunun Bakıya yürüşü üçün hüquqi əsas oldu. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri ilə birlikdə Nuru paşanın başçılığı altında Göyçayda, Salyanda və digər ərazilərimizdə qarşısına çıxan düşmən qüvvələri darmadağın edərək qısa müddətdə Bakıya yaxınlaşdı, 1918-ci ilin avqustun 1-dən etibarən burada hakimiyyəti ələ keçirmiş daşnak və menşeviklər tərəfindən qurulan Sentrokaspi diktaturasına ultimatum verdi. Ultimatum yerinə yetirilmədiyindən 14 sentyabr gecəsi Nuru paşanın əmri ilə hücum təşkil edildi və ertəsi gün saat 15 radələrində qələbə fişəngi atıldı.
Beləliklə, Nuru paşa tarixə adını Birinci Dünya Müharibəsində Osmanlının qazandığı üç zəfərdən (Çanaqqala və Kütül Amarə zəfərləri ilə yanaşı) birinin sərkərdəsi, eyni zamanda, xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırdı".
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:36
Türkiyədə 6,1 maqnitudalı zəlzələ olub
Bu gün, 07:23
Qarabağın daha iki kəndinə köç karvanı gedir
Dünən, 16:11
ASC-də nöqsanlar aşkar edilib
25-10-2025, 14:48
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
25-10-2025, 09:30
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
25-10-2025, 00:01
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
24-10-2025, 14:58
Vladimir Putin İlham Əliyevə zəng edib
24-10-2025, 14:56
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
24-10-2025, 12:44
Gənc müəllimlərə iki min manatdan çox kompensasiya veriləcək
24-10-2025, 12:09
Bakı, Sumqayıt və Gəncə apellyasiya məhkəmələrinə hakimlər təyin olunub
24-10-2025, 12:00
Ali Məhkəməyə hakim təyinatları təsdiqlənib
24-10-2025, 11:46
Rusiyaya qarşı üç qanun layihəsi hazırlanıb
24-10-2025, 11:29
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
23-10-2025, 15:34
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
23-10-2025, 11:05
Qarşıdurmada olan iki güclü dövlətin lideri müzakirələrə hazırlaşır
23-10-2025, 09:15
Tramp Rusiyanın neft nəhənglərini hədəfə alıb - Sanksiya
23-10-2025, 07:09
Tramp Putinlə görüşünü ləğv edib
22-10-2025, 19:39
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
22-10-2025, 15:07
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
22-10-2025, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
22-10-2025, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
22-10-2025, 10:25
Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
21-10-2025, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
21-10-2025, 13:59
Ukrayna parçalana bilər
21-10-2025, 12:38
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
21-10-2025, 12:36
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
21-10-2025, 11:48
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
21-10-2025, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
20-10-2025, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
20-10-2025, 16:07
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
20-10-2025, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
20-10-2025, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
20-10-2025, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
20-10-2025, 09:21
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
20-10-2025, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki