23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Xalqı Qarabağ üçün səfərbər etmək istəyirlər
Tarix: 18-09-2019 00:59 | Bölmə: Slayd
Xalqı Qarabağ üçün səfərbər etmək istəyirlər

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə etiraz etmək üçün Bakıda növbəti mitinq planlaşdırılır.

Reyting.az
-ın məlumatına görə, Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin sentyabrın 28-də keçiriləcək növbəti toplantısında mitinqlə bağlı konkret qərar verilə bilər.

Qeyd edək ki, artıq QAT İdarə Heyəti növbəti Qarabağ mitinqi ilə bağlı geniş müzakirələr aparıb. Qərara alınıb ki, Azərbaycan hakimiyyəti qarşısında konkret tələblərin qoyulması, beynəlxalq təşkilatların ədalətsiz mövqeyinə etiraz edilməsi və dünyadakı soydaşlarımızın Qarabağın azadlığı naminə səfərbər olunması məqsədilə belə bir mitinqin keçirilməsi vacibdir.

QAT Qarabağ mitinqinə icazə verilməsi üçün müvafiq qurumlara müraciət etməyi planlaşdırıb.

Onu da qeyd edək ki, QAT-ın dünənki iclasında Qarabağ qurultayının keçirilməsi ilə bağlı da ilkin müzakirələr aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}