18:04 / 18-02-2020
Azərbaycanda zəlzələ oldu
Türkiyədə güclü zəlzələ baş verdi: ölən və yaralılar var - Yenilənib+2 - Video
Tarix: 25-01-2020 00:05 | Bölmə: Cəmiyyət
Türkiyədə güclü zəlzələ baş verdi: ölən və yaralılar var - Yenilənib+2

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.

Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib.

Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsi bildirib ki, zəlzələ yerli vaxtla 20.55-də baş verib.

10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də İraqın şimalında - Ərbil və Duhok vilayətlərində də hiss olunub.

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələdə 4 nəfərin ölməsi haqqında məlumatlar var.

İlkin məlumata görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb.

S. Soylu zəlzələnin episentrinin baş verdiyi Silivricədə və Pötürgə rayonunda 10 binada dağıntı olduğunu bildirib.

Yaralananlar da var.

Təkanlar hələ də davam edir.

Xilasedicilər dağıntı altında qalan insanları çıxarmağa çalışır.

***

Son məlumata görə, Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər həyatını itirib, 84 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, Malatyada iki, Elazığda iki nəfər ölüb.

Onun sözlərinə görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb:

"Xilasedicilər hadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər dağıntılar altından sağ çıxarılıb. Ümid edirəm ki, itkimiz çox olmaz".

***

Türkiyədə baş verən zəlzələdə ölən və xəsarət alanların sayı artıb.

Gecə saatlarında verilən məlumatda bildirilib ki, ölənlərin sayı 20-yə, xəsarət alanların sayı isə 1015 nəfərə çatıb.

Qeyd edək ki, 2010-cu ilin martında Elazığda baş verən 6 bal gücündə zəlzələdə 51 insan həyatını itirib.



Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}