21:46 / 16-10-2025
Trampla Putin Budapeştdə üz-üzə görüşəcək
20:20 / 16-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
19:43 / 16-10-2025
Döyüş robotu müharibəyə hazırdır
18:48 / 16-10-2025
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
18:01 / 16-10-2025
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
17:56 / 16-10-2025
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
17:09 / 16-10-2025
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16:56 / 16-10-2025
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16:31 / 16-10-2025
Azərbaycan prezidenti Fransa səfirinin etimadnaməsini qəbul edib - Fotolar
16:25 / 16-10-2025
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
15:57 / 16-10-2025
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
15:43 / 16-10-2025
Keçmiş diplomata hökm oxunub
15:17 / 16-10-2025
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
15:02 / 16-10-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
14:56 / 16-10-2025
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
14:10 / 16-10-2025
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
13:44 / 16-10-2025
Ticarət müharibəsi dolları ucuzlaşdırır
13:23 / 16-10-2025
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
13:13 / 16-10-2025
Tramp: Hindistan Rusiyadan neft almayacaq
13:05 / 16-10-2025
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
12:54 / 16-10-2025
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
12:38 / 16-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:29 / 16-10-2025
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
12:29 / 16-10-2025
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
12:23 / 16-10-2025
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
12:12 / 16-10-2025
Ukraynaya yenidən hücum olub, dağıntılar var
12:02 / 16-10-2025
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
11:48 / 16-10-2025
Xocavəndə növbəti köç olacaq
11:37 / 16-10-2025
Yasamalda iki nəfər güllələnib - (Yenilənib)
11:36 / 16-10-2025
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
23:11 / 11-10-2025

18:07 / 12-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

12:32 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

9 və 23 saylı seçki dairələri “zondaj” edildi – Sosioloji sorğu
Tarix: 27-01-2020 21:01 | Bölmə: Siyasət

Seçkilər istənilən cəmiyyətdə demokratiya və onun gerçəkləşmə mexanizmlərinin tərkib hissəsi olaraq vətəndaşların öz gələcəyini müəyyənləşdirməsi aksiyasıdır. Seçmək hüququna malik vətəndaşların səsvermə zamanı tutduqları mövqe və nümayiş etdirdikləri digər elektoral davranışlar birbaşa siyasi nəticələr yaradır, həmçinin onları təkcə konkret bir ərazidə deyil, bütövlükdə ölkə miqyasında söz sahibinə çevirir. Elə bu səbəbdən də istənilən ölkədə, o cümlədən Azərbaycanda demokratik təcrübəni zənginləşdirən seçkilər iki yolla vətəndaşların rifahının yaxşılaşmasına səbəb olur:
1) Seçilənlərin hesabatlılığını artırır;
2) Seçim meyarlarını dəyişir.
Azərbaycan parlamentinin V çağırışının fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi və Milli Məclisə seçkilər təyin edilməsi yuxarıda qeyd olunan iki amili ölkəmiz üçün daha da aktuallaşdırıb. Səbəbi isə budur: Azərbaycan hakimiyyəti parlament üzvlərinin səlahiyyətlərinə erkən xitam verilməsini onunla izah edib ki, Milli Məclisin V çağırışının tərkibinin ölkədə aparılan islahatlara reaksiyası qənaətbəxş deyil. Hətta prezident İlham Əliyev bu günlərdə Davosda keçirilən Dünya İqtisadi Forumunda parlamentin tərkibinin yenilənməsinin islahatların tempinə müsbət təsir edəcəyini vurğulayıb. Dövlət başçısının ötən ilin ikinci yarısından başlayaraq kadr siyasətində yeni nəsil nümayəndələrinə üstünlük verməsi, Prezident Administrasiyasında və Nazirlər Kabinetində mühüm postlar tutan məmurların gəncləşdirilməsi 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə Milli Məclisə yeni simalar qazandırlması üçün nümunələr yaradıb.
Beləliklə, bir tərəfdən parlamentin fəaliyyətinə qanunla nəzərdə tutulan ümümi vaxtdan öncə xitam verilməsi, bir tərəfdən də Milli Məclisin tərkibinin dəyişdirilməsinin sosial-siyasi sifarişə çevirilməsi, ənənəvi və yeni medianın content analizi ciddi şəkildə göstərir ki, yenidən namizədliyini irəli sürmüş deputatların seçicilər tərəfindən sorğulanmasına və onların öz yanaşma meyarlarını dəyişməsinə rəvac verib. Bəs, konkret seçki dairələrində vəziyyət necədir?
“Zondaj” Sosioloji Araşdırmalar Mərkəzi ölkəmizin paytaxtı Bakı şəhərində yerləşən 2 elektoral bölgədə - 9 saylı Binəqədi II, 23 saylı Nəsimi- Səbail Seçki dairələrində “Üz-üzə müsahibə” metodu ilə sorğu aparıb. Nəticələri təqdim edirik:
9 saylı Binəqədi II Seçki Dairəsi
Mərkəzi Seçki Komissiyanın rəsmi saytında yer alan məlumata görə, bu dairədə Milli Məclis üzvlüyünə 15 namizəd qeydə alınıb. Dairə üzrə 49542 seçici 37 məntəqədə səsvermə hüququndan istifadə edəcək. Sorğuya 33 məntəqə üzrə 314 seçici cəlb olunub. Suallara cavab belə olub:
1. 09.02.2020-ci ildə keçiriləcək parlament seçkilərində yaşadığınız dairədən kimlər öz namizədliyini irəli sürüb?

2. Dairənizdə qeydə alınan namizədlərlə bağlı məlumatları hansı mənbələrdən alırsınız?

3. Namizədlər arasında daha çox kimə səs verməyə meyillisiniz?

Şərh
9 saylı Binəqədi II Seçki Dairəsində aparılmış sorğunun nəticələri göstərir ki, seçicilərin namizədlər barədə məlumatlanma səviyyəsi yüksəkdir. Seçicilərin 47 faizi namizədlərlə bağlı məlumatları canlı ünsiyyət vasitəsi ilə əldə ediblər. Namizədlərlə bağlı məlumatların bu nisbətdə real təmaslar vasitəsi ilə toplanması ilk növbədə dairənin spesifikası ilə bağlıdır. Vaxtilə Binəqədi ərazisində siyasi partiyaların təsirli yerli şöbələri mövcud olub. Bundan əlavə, önə çıxan beş namizəddən dördü 2015-ci ildə keçirilmiş parlament seçkilərində də bu dairədən Milli Məclis üzvlüyünə iddiaçı olublar. 2015-ci ildə bu dairədən namizəd olmamış Müsavat Partiyası başqanının müavini, vəkil Nemət Kərimlinin “ilk beşlik”də yer alması, buna rəğmən reytinqinin digər namizədlərdən geri qalması onu göstərir ki, daha öndə olan namizədlərin ixtiyarlarındakı təşkilati resurslarla “tanış meydanda oynamaq” təcrübəsinin vəhdəti dairədəki elektoral davranışların dinamikasına bilavasitə təsir edir. Vətəndaş cəmiyyətinin iki tanınmış nümayəndəsinin- Günel Səfərova və Ülvi Həsənlinin “ilk beşlik”dən uzaq qalması da məhz bu amillə bağlıdır. Favoritlər arasında ikinci və üçüncü yerlərdə qərar tutan Elşad Musayevlə Əli Orucovun vaxtilə eyni partiyada - AMİP-də təmsil olunmaları, eyni elektoral seqmentə xitab etmələri və birgə reytinqlərinin 17 faiz təşkil etməsi onlardan birinin digərinin xeyrinə öz namizədliyini geri götürəcəyi halda, hakim Yeni Azərbaycan Partiyasının namizədi Kamaləddin Qafarovun real rəqabətlə üzləşmək təhlükəsində qoya bilər. Lakin bu hal baş vermədiyi təqdirdə, Milli Məclisin V çağırışında təmsil olunmuş Kamaləddin Qafarovun səsvermənin qalibi olması elə də çətin başa gəlməyəcək. Qafarovun qələbəsini bu dairədə asanlaşdıran amillərdən biri də onun qarşısında maddi baxımdan zəngin rəqibin olmamasıdır. Belə ki, diaqramdan da göründüyü kimi, rəyi soruşulunların 48 faizi namizədlərə etinasız münasibət nümayiş etdirib, əsasən isə, seçkidə iştirak etməyəcəkləri yönündə cavablar veriblər. Həmin seqmentin fəallaşması dairədə elektoral münasibətləri kökündən dəyişə bilər, lakin bunun üçün meydana son dərəcə populyar bir namizədin güclü komanda və yaxşı maliyyə ilə girməsi lazımdır. Belə bir namizəd isə Kamaləddin Qafarovun rəqibləri arasında olmadığından proqnozlaşdırmaq olar ki, o, seçicilərin təxminən yarısının fəallıq göstərəcəyi səsvermədə böyük fərqlə, ən azı 10 min səs fərqi ilə qalib gələcək.
• 23 saylı Nəsimi-Səbail Seşki Dairəsi
Mərkəzi Seçki Komissiyanın rəsmi saytında yer alan məlumata görə, bu dairədə Milli Məclis üzvlüyünə 11 namizəd qeydə alınıb. Dairə üzrə 34959 seçici 31 məntəqədə səsvermə hüququndan istifadə edəcək. Sorğuya 26 məntəqə üzrə 278 seçici cəlb olunub. Suallara cavab belə olub:

Sorğumuzun nəticələrinə görə, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində elektoral davranışlar kifayət qədər assimetriktdir. Bu assimetriyanı ilk növbədə o yaradır ki, hakim partiya olan YAP öz namizədini - Elnur Rəhimovu praktiki olaraq dəstəkləmədiyi halda, dairədə ondan savayı iqtidara yaxın olan daha dörd iddialı namizəd yarışır. Onlardan biri olan videobloqqer Ata Abdullayev namizədliyi barədə məlumatları müvafiq elektoral bölgədə ən çox yaya bilən fiqurdur, bununla belə, öz populyarlığını fəal seçici dəstəyinə çevirməyi bacarmayıb. Bununla belə, rəyi soruşulunların 9 faizi ona səs vermək niyyətindədir.
Hazırda bu dairəni parlamentdə təmsil edən Ziyad Səmədzadə isə sosial şəbəkələrin ictimai rəyin formalaşmasında ən yüksək həddə rol oynadığı bir şəraitdə yeni nəsil nümayəndələri qarşısında effektiv kampaniya apara bilmir.
23 saylı Nəsimi-Səbail Dairəsində sözün həqiqi mənasında nəsillərarası münaqişə gedir və bu konflikt həm də tətbiq olunan seçki texnologiyalarının, kommunikasiya kanallarının savaşıdır. Ziyad Səmədzadə bu savaşda böyük hesabla uduzduğundan namizədlərin reytinq cədvəlində ilk beşlikdə belə təmsil olunmur. Dairədəki ümumi seçici kontingentinin 8 faizinin dəstəyini qazanacaq kimi görünən gənc namizəd Zaur Darabzadə isə, görünür, siyasi təcrübəsizliyi və açıq mübarizədə püxtələşməməsi səbəbindən elektoral təmayülləri düzgün qiymətləndirə bilmir və özündən daha gənc namizəd, “Hərəkət” blokunun təmsilçisi Toğrul Vəliyevdən geri qalır. Çünki onun dəstəyinə arxalandığı “qlamur gənclər” seçici kimi fəal deyillər, apardığımız sorğunun nəticələri də göstərir ki, öz rəyləri ilə “Digər cavablar” kateqoriyasında cəmləşərək apolitik seqmenti təşkil edirlər. Toğrul Vəliyevin namizədlər arasında iki əsas iddiaçıdan birinə çevrilməsi onunla bağlıdır ki, 2015-ci ildə keçirilmiş parlament seçkilərində “Hərəkət” blokunun qurucularından olan Azər Qasımlı məhz bu dairədən namizəd olub və 23 saylı elektoral bölgə onun çevrəsinə tanışdır.
İkincisi, Toğrul Vəliyev dairədə ən gənc namizəd olmasına baxmayaraq, bütün təbəqələrdən səs almağa çalışır və onun seçki şüarı da məhz bu niyyətə xidmət edir.
Diaqramdan da göründüyü kimi, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində ən effektiv kampaniya aparan və apardığı kampaniyanı vətəndaş rəğbətinə çevirə bilən namizəd Taleh Şahsuvarovdur. Taleh Şahsuvarov ictimai tanınmış şəxsdir, seçkilərdə iştirak təcrübəsi var, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin siyasi kursunun ardıcıl müdafiəçilərindən biridir. Bütün bunlar Taleh Şahsuvarova qarşı dairədə ictimai maraq yaradır və bu maraq qarşısında o, seçicilərlə rahat ünsiyyət qura bilir.
Taleh Şahsuvarov öz kampaniyasını “İslahatlar mərkzdən başlayır” sloqanı ilə qurub. Bu şüarı cari seçki kampaniyasının ən uğurlu devizlərindən biri hesab etmək olar ona görə ki, həm hakimiyyət, həm cəmiyyət, həm konkret elektoral bölgə üçün cazibədardır, həm də digər rəqiblərə mesaj kimi zəngin mənaya malikdir. Ehtimal etmək çətin deyil ki, seçki fəallığının elektoratın yarıdan çox hissəsini əhatə edəcək 23 saylı Nəsimi-Səbail Dairəsində, əgər “administativ resurslar” başqa bir namizədin lehinə yönəldilməyəcəksə, mərkəzdə islahatçı dünyagörüşlü Taleh Şahsuvarov qalib gələcək.
“Zondaj” Sosioloji Araşdırmalar Mərkəzi
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:16
Rusiya və Suriya prezidentləri Kremldə görüşüblər
Dünən, 23:49
Vahid Əhmədovdan Ramiz Mehdiyev haqqında - Açıqlama
Dünən, 16:32
Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."
Dünən, 15:40
Siyavuş Novruzov: "Hazırda iclasdayam..."
Dünən, 10:40
Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib
Dünən, 08:15
Tramp Çinin köməyi ilə Rusiyaya sürpriz edə bilər
14-10-2025, 22:49
Adamı yerində belə oturdurlar...
14-10-2025, 17:37
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
14-10-2025, 17:06
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14-10-2025, 14:57
Deputatlar daha 6 məsələni müzakirəyə çıxaracaq
14-10-2025, 14:41
Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
14-10-2025, 14:21
Ramil Həsənin deputat fəaliyyətinə sabah xitam veriləcək
14-10-2025, 12:38
Tramp: Ərdoğanla anlaşa bilirəm, ona Rusiyada da hörmət edirlər
14-10-2025, 11:39
Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə ləğv edir
14-10-2025, 11:31
Rusiyanın hərbi obyektlərini iki saata məhv edə bilərlər - Foto
13-10-2025, 21:32
Hikmət Hacıyev: "Azərbaycan regional diplomatiyada ön sıralardadır"
13-10-2025, 15:44
Hikmət Hacıyev: "Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından..."
13-10-2025, 09:54
İndoneziya Azərbaycana yeni səfir təyin edib
13-10-2025, 08:12
Tramp Putinin münaqişəni həll edəcəyinə hələ də inanır
11-10-2025, 17:07
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
11-10-2025, 13:50
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
10-10-2025, 18:00
Anar Əsədlinin cinayət işi məhkəməyə göndərilib
10-10-2025, 17:46
Ramil Həsən millət vəkili kimi fəaliyyətini dayandırır
10-10-2025, 12:13
Spikerdən deputata cavab: "Mütləq bu məsələ ilə məşğul olacağam”
10-10-2025, 11:10
“Sputnik Azərbaycan”ın Bakıda saxlanılan rəhbəri azadlığa buraxılıb
10-10-2025, 10:27
Qəzza əhalisi sülh razılaşmasını qeyd edir
10-10-2025, 07:35
Türkiyə Qəzzada atəşkəsin monitorinqində iştirak edəcək
9-10-2025, 21:08
Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası olub - Foto
9-10-2025, 18:28
İtkin şəxslərlə bağlı beynəlxalq konfrans keçirilib
9-10-2025, 16:01
Zelenski: Putinin böyük müharibəyə başlama riski var
9-10-2025, 14:25
Keçmiş MTN generalının yarım milyonluq evi hərraca çıxarılıb
9-10-2025, 12:26
Hafiz Hacıyev: "Bayram Səfərovun Şuşaya aidiyyəti yoxdur"
9-10-2025, 10:14
Hikmət Hacıyev ABŞ-nın beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb
9-10-2025, 07:58
Ağ evin elçisi Moskvaya niyə gəlib?
8-10-2025, 12:32
25 min kubalı Ukraynaya qarşı döyüşəcək
8-10-2025, 09:01
Tramp: Qarşıdakı 48 saat həlledici olacaq
8-10-2025, 08:49
Kaya Kallasdan tonunu yumşaltmaq tələb edilir
7-10-2025, 19:59
Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənilib
7-10-2025, 16:33
“TDT+” formatının yaradılması ilə bağlı qərar verilib
7-10-2025, 15:53
Deputatlar 14 məsələni müzakirəyə çıxaracaq - Siyahı