16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Koronavirusa qarşı faydalı dərmanın adı açıqlandı - Fotolar
Tarix: 18-03-2020 10:25 | Bölmə: Slayd
Koronavirusa qarşı faydalı dərmanın adı açıqlandı

“Favipiravir” dərmanı koronavirusa qarşı ciddi təsirlərə malikdir.

Reyting.az
xəbər verir ki, bunu Çinin Milli Biotexnoloji Araşdırma Mərkəzinin başqanı Zhang Xinmin bəyan edib.

Onun sözlərinə görə, “Favipiravir” adlı dərman bərpa müddətini 11 gündən 4 günə endirir.

Qeyd olunur ki, yaponlar tərəfindən hazırlanan “Favipiravir” dərmanı 2014-cü ildən Yaponiyada və bəzi ölkələrdə satışa çıxarılıb.

Virusla mübarizə aparan bu dərmanın təcrübələr zamanı əks təsir göstərmədiyi və koronavirusun müalicəsində faydalı olduğu Çin rəsmiləri tərəfindən iddia edilib.

Çinin Ankaradakı səfirliyi də “Tvitter” üzərindən bu dərmanın fotosunu paylaşaraq onun faydalı olduğunu elan edib.

Koronavirusa qarşı faydalı dərmanın adı açıqlandı  Koronavirusa qarşı faydalı dərmanın adı açıqlandı

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}