Azərbaycanı kiber hədəfə alan hansı dövlətdir?
Tarix: 19-05-2020 20:01 | Bölmə: Slayd
Azərbaycanı kiber hədəfə alan hansı dövlətdir?

“Kiber təhdidlər yeni müharibənin bir hissəsidir və getdikcə daha çox yayılacaq”.

Reyting.az
“Jerusalem Post”-a istinadla xəbər verir ki, İsrailin sözügedən nəşri müasir dövrdə internet vasitəsilə dövlərlərarası rəqabət və düşmənçilikdən söz açarkən, Azərbaycanı da yaddan çıxarmayıb.

Qəzetin təhlil məqaləsində deyilir:

“Kiber hadisələr sürətlə artır, bunu tədqiqatlar göstərir. Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin hesabatında Rusiyanın Polşa və Estoniyanı hədəf almış ola biləcəyi qeyd olunur. Azərbaycanı naməlum bir dövlət hədəfə alıb. Vyetnam qonşuları hədəf almaqda ittiham olunur. Çin CIA-nı hack kampaniyasının arxasında olmaqda ittiham edib. Çinli hakerlər başqalarını hack etməkdə ittiham olunurlar. Şimali Koreyanın da kiber təhdidlərə dair xəbərlərdə adı tez-tez çəkilir.

Demək olar ki, həftəlik kiber təhdid hadisələrini nəzərdən keçirərkən əsas sual, onların dövlət tərəfindən maliyyələşdirildikləri və ya müəyyən bir ölkədə yerləşən haker qrupları olub-olmamalarıdır. Bu təhdidlərin necə bir yerdə işlədiyi, ölkələrin haker qrupları yaratması və ya müstəqil olduqları hər zaman məlum deyil. Ölkələr tez-tez sistematik hücumlar barədə məlumat verir, lakin onların mənşəyini müəyyənləşdirə bilmirlər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}