16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda idarə rəisi olmuş şəxsin xaricdə biznesi üzə çıxdı - Fotolar
Tarix: 05-07-2020 11:01 | Bölmə: Slayd
Azərbaycanda idarə rəisi olmuş şəxsin xaricdə biznesi üzə çıxdı

Azərbaycanda vaxtilə yüksək vəzifə tutmuş Hacıqulu Sadıqov Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Onun şirkətinin bir hissəsinə Füzuli rayonunun adı verilib.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə araşdırmaçı-jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yazıb.

C. Həsənlinin paylaşdığı sənədlərə görə, Bakı şəhəri, Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov “Füzuli SRO” şirkətini 2016-cı ilin martında Praqa, Modrany, Na schoddkach 134/6 ünvanında qeydiyyatdan keçirib. Bu ünvanda bir sıra məmurların şirkətləri hüquqi qeydiyyatdadır.

Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib.

Qeyd edək ki, Hacıqulu Sadıqov 2017-ci ildə Energetika naziri Pərviz Şahbazovun əmri ilə nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Reyting.az H. Sadıqovun məsələyə münasibətinə yer ayırmağa hazırdır.

Azərbaycanda idarə rəisi olmuş şəxsin xaricdə biznesi üzə çıxdıAzərbaycanda idarə rəisi olmuş şəxsin xaricdə biznesi üzə çıxdıAzərbaycanda idarə rəisi olmuş şəxsin xaricdə biznesi üzə çıxdıAzərbaycanda idarə rəisi olmuş şəxsin xaricdə biznesi üzə çıxdı




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}