Azərbaycan beynəlxalq təşkilatlara notalar təqdim edib – Təcavüz aktına görə iki təşkilat toplanır
Tarix: 16-07-2020 14:57 | Bölmə: Slayd
Azərbaycan beynəlxalq təşkilatlara notalar təqdim edib – Təcavüz aktına görə iki təşkilat toplanır

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində baş verənlər Ermənistanın məqsədyönlü, əvvəlcədən planlaşdırılmış təxribatdır.

Reyting.az
-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyevin sözlərinə görə, beynəlxalq təşkilatlarda olan daimi nümayəndəliklər tərəfindən müvafiq notalar təqdim olunub:

“BMT Baş katibinə nota verilib. Qoşulmama Hərəkatı çərçivəsində də xüsusi sessiya çağırılıb ki, üzv dövlətlərə məlumat verilsin”.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün ATƏT Daimi Şurasının iclası keçirilir: “İclasa ATƏT-in Minsk Qrupu həmsədrlərinin də qatılması nəzərdə tutulub. Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinə də lazımi təlimatlar verilib”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}