Cahangir Əsgərov büdcə vəsaitlərini mənimsəyir - Foto
Tarix: 07-08-2020 11:46 | Bölmə: Slayd
 Cahangir Əsgərov büdcə vəsaitlərini mənimsəyir

“Dünən Prezidentin keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar ürəyimə su səpdi. Demişdim adlar çəkəcəm və Prezidentin dünənki çıxışından sonra artıq bunu daha sərbəst edə bilirəm. Neçə illərdir bu məsələlər deyilsə də, nəticə yoxdur. Artıq çox şey dəyişməlidir və vəzifəsini dürüst icra etməyənlər kürsünü boşaltmalıdırlar".

Reyting.az
xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, İmişli rayonunun 10 kəndi qazlaşdırılmayıb, camaat etiraz əlaməti olaraq yolu bağlasa da, bunu vecinə alan yoxdur: "Məgər on il ərzində bir-iki kəndi qazlaşdırmağı plana salmaq olmazdı? Olardı. Amma sərf etmir. Çünki, bütün məsələlərə hesab-kitabla baxılır və bu hesab-kitabın adı əyri yollar, əyri işlər və ziqzaqlı korrupsiya piramidasıdır”.

 Cahangir Əsgərov büdcə vəsaitlərini mənimsəyir

R. Nurullayev AZAL-la bağlı məsələyə də münasibət bildirib, aviaşirkətin rəhbəri Cahangir Əsgərovu ittiham edib:

“Hörmətli deputatlar, Azərbaycan xalqı, hətta xeyli deputatlar, tez-tez xaricə səfər edən digər şəxslər nəyə görə gedib başqa ölkələrə Gürcüstandan uçmalıdır? Vətəndaşlarımız Azərbaycan dövlətinin, xalqının pulu ilə alınan təyyarələrlə niyə uçmamalıdır? Nədir-nədir, təyyarələr bahalıdır, təmizdir, yeyib-içmək verirlər və sairə. Cahangir müəllim, bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri də yeyər, narahat kresloda da oturar. Guya 2-3 saat rahat kresloda otursa həyatı dəyişəcək? Həyatı dəyişənlər sizsiniz. Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu, biabırçılıqdır”.

Deputat qeyd edib ki, dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durublar: “Siz pul qazanıb kreditlərinizi ödəmələsiniz, hələ dövlətə vergi də verməlisiniz. Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur və elə hallar olub ki, siz təyyarədə 2-3 nəfərlə ancaq elə özünüz uçmusunuz. Kimin pulu ilə? Cavab verin”.

Razi Nurullayev sonra qeyd edib ki, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə hesabını bir neçə gün sonraya saxlayıb: “Vaxt azdır, amma bəzi sənədləri əldə etmək istəyirəm və mütləq o sənədləri əldə edib, canlı yayımda nümayiş etdirəcəyəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}