Nazir müavini DTX-ya çağırılma xəbərindən danışdı: "Mən istintaqa çağırılmamışam" - Yenilənib
Tarix: 12-08-2020 20:33 | Bölmə: Siyasət
Nazir müavini DTX-ya çağırılma xəbərindən danışdı: "Mən istintaqa çağırılmamışam"

Azərbaycanın Xarici işlər nazirinin iki müavini - Ramiz Həsənov və Nadir Hüseynov bu gün Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) çağırılıblar.

Reyting.az
Musavat.com-a istinadla xəbər verir ki, nazir müavinləri Xarici İşlər Nazirliyində (XİN) baş verən pozuntularla bağlı DTX-da saatlarla ifadə veriblər.

İddia olunur ki, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci ilin 6 iyulunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilb. Nəticədə XİN-in vəzifəli şəxsləri Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev isə rüşvət alma faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Görünən budur ki, proses bütün ciddiyyəti ilə davam edir və cəmiyyət qarşıdakı günlərdə sensasiyalı həbslərin şahidi ola bilər.

***

Onu da qeyd edək ki, Xarici işlər nazirinin müavini Ramiz Həsənov istintaqa çağırılması ilə bağlı yayılan məlumata münasibət bildirib.

Reyting.az-ın xəbərinə görə, R. Həsənov APA-ya açıqlamasında deyib ki, istintaqa çağırılmayıb: “Ümumiyyətlə, nə bu gün, nə də bundan əvvəl heç bir orqana dəvət edilməmişəm və heç bir ifadə verməmişəm".

R. Həsənovun sözlərinə görə, mediada onun DTX-ya çağırılması və fəaliyyətinin araşdırılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir: "Ümumiyyətlə, mənim fəaliyyət sahəm tamam başqadır. Mətbuat bu cür məlumatları tirajlayarkən dəqiqləşdirmə aparmalıdır. Bu, tamamilə yanlış məlumatdır və mətbuatın dəqiqləşdirmədən belə xəbərləri yazmasına təəssüf edirəm".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}