Azərbaycandan sonra daha iki ölkə Rusiyanın hərbi təlimlərində iştirakdan imtina edib
Tarix: 17-09-2020 11:51 | Bölmə: Slayd
Azərbaycandan sonra daha iki ölkə Rusiyanın hərbi təlimlərində iştirakdan imtina edib

Rusiyanın 21-26 sentyabr tarixlərində keçirəcəyi “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərində iştirak etmək üçün Çin və Belarusun ordu qüvvələri Kapustin təlim mərkəzinə çatıb.

Reyting.az
xatırladır ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu avqust ayında bəyan etmişdi ki, Kapustin, Aşuluk poliqonlarında, habelə Qara və Xəzər dənizlərində 9 dövlətin iştirakı ilə “Qafqaz-2020” təlimləri keçiriləcək.

Sözsüz ki, Rusiyanın liderliyi ilə keçiriləcək bu təlimlər təkcə region dövlətləri deyil, eyni zamanda Avropa və ABŞ tərəfindən də diqqətlə izlənəcək.

Xatırladaq ki, ilk olaraq Azərbaycan Ermənistan ordusunun iştirakını səbəb gətirərək “Qafqaz-2020” hərbi təlimlərində iştirak etməyəcəyini açıqlayıb. Amma hadisələr göstərir ki, Azərbaycan hərbi təlimlərə qatılmaqdan imtina edən yeganə dövlət deyil.

Son illər Rusiya ilə yaxın əlaqələr quran Hindistan əvvəlcə bu ölkədən “S-400” hava hücumundan müdafiə sistemləri almaq istəsə də, ABŞ-ın təzyiqləri nəticəsində razılaşmadan imtina etdi. Eyni zamanda rəsmi Dehli həm ABŞ-ın təzyiqləri, həm də Çinlə yaşadığı gərginlik səbəbindən “Qafqaz-2020” təlimlərində iştirak etməyəcəyini dəqiqləşdirib.

Hindistandan sonra “Qafqaz-2020” təlimlərində iştirak etməyəcək növbəti ölkə Serbiyadır. Serbiya ABŞ və Avropanın ona təzyiqlər göstərdiyini əsas gətirərək “Qafqaz-2020” də daxil olmaqla 6 ay müddətinə bütün hərbi təlimlərdə iştirak etməyəcək.

Bununla da “Qafqaz-2020” təlimlərində iştirak edəcək xarici ölkələrin sayı 6-ya düşüb. Təlimlərdə Ermənistan, Belarus, Çin, Myanmar, Pakistan və İran iştirak edəcək.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, “Qafqaz-2020” təlimlərinə qatılmaq üçün artıq Çin və Belarus hərbçiləri Rusiya ərazisinə daxil olub. Çin və Belarus hərbçiləri təlimlərin keçiriləcəyi məkanlardan biri kimi müəyyən edilən Kapustin poliqonuna yerləşib. Burada hərbçilər COVİD-19 testindən keçirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}