20:24 / 29-10-2025
İlham Əliyev Federal Milli Şuranın sədrini qəbul edib - Fotolar
20:15 / 29-10-2025
Yaponiya Trampın tələbinə əməl etməyəcək
20:06 / 29-10-2025
Avropa yenə təbii qaz problemi ilə üzləşir
19:55 / 29-10-2025
Vitse-prezident: Hərbi əməliyyatlara son qoymağın vaxtıdır
19:20 / 29-10-2025
İlham Əliyev Rumıniya Senatının sədrini qəbul edib - Fotolar
19:15 / 29-10-2025
Nuriyev: Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər
19:05 / 29-10-2025
Polşa ilə Rusiya arasında gərginlik artır
18:57 / 29-10-2025
Kreml Trampın bəyanatına şərh verib
18:52 / 29-10-2025
Litva Belarusla sərhədi bağlayıb
18:21 / 29-10-2025
“İçərişəhər” Dövlət Qoruğuna Aparat rəhbəri təyin edilib
18:00 / 29-10-2025
Səfirlik Monteneqrodakı hadisələrlə bağlı açıqlama yayıb
17:45 / 29-10-2025
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
17:44 / 29-10-2025
Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub
17:26 / 29-10-2025
Macarıstan AB-nin Belarusa qarşı planını pozub
17:19 / 29-10-2025
"QHT işi": Zamin Zəkinin məhkəməsi başlayıb
17:07 / 29-10-2025
Prezident məhkəmələrə sədr və sədr müavinləri təyin edib
17:05 / 29-10-2025
Ruslar Pokrovsk şəhərini mühasirəyə almağa çalışır
17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
16:59 / 29-10-2025
Prokuror Tağı İbrahimova 9 il cəza istəyib
16:47 / 29-10-2025
Məşhur aktrisa yeni filmlə ekrana qayıdır - Foto
16:30 / 29-10-2025
Baş Prokurorluq sabiq deputata xəbərdarlıq edib
16:29 / 29-10-2025
Assosiasiyaya sədr təyinatı olub
16:16 / 29-10-2025
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala vəsiqə qazanıb
15:42 / 29-10-2025
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
15:38 / 29-10-2025
Sem Altman: ABŞ texnoloji yarışda Çindən geri qala bilər
15:30 / 29-10-2025
BŞİH: “Sovetski”-də tarixi binanın sökülməsi ilə bağlı məlumat yalandır
15:21 / 29-10-2025
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
14:37 / 29-10-2025
Azərbaycan və Oman XİN başçıları arasında görüş olub
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
14:20 / 29-10-2025
Əməkdar artist vəzifədən azad olunub
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
11:43 / 29-10-2025
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
İlham Əliyev “Haropu” qucaqlamaqla İrana mesaj göndərdi - Amerikalı analitik
Tarix: 12-10-2021 16:51 | Bölmə: Slayd

“Bir şəkil min bir siyasət məlumatına dəyər. Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kameralar qarşısına çıxıb. O, jurnalistlərin önündə işıq saçaraq, İsrail istehsalı olan kamikadze pilotsuz təyyarəsi olan “Haropu” oxşayıb, sığal çəkib və qolları arasına alaraq qucaqlayıb”.
Reyting.az xəbər verir ki, bunu “Wall Stree Journal” nəşrində Hudson İnstitutunun analitiki Maykl Doran yazıb.
Müəllif daha sonra qeyd edir:
Texniki olaraq səmada dövrə vuran "döyüş sursatı" kimi təsnif edilən “Harop” missiyasının son mərhələlərində, qanadlı bir raket kimi, hədəflərinə çırpılaraq zərbəylə partlayır. İlk mərhələlərdə, döyüş sahəsinin üstündə fırlanan və hədəflərin ortaya çıxmasını gözləyən PUA kimi fəaliyyət göstərir. “Harop” keçən il Ermənistana qarşı qələbədə oynadığı rol sayəsində Azərbaycanda yaxşı tanınır.
Bu fotosessiyanı cənab Əliyev İran üçün təşkil edib. Son həftələrdə Tehran, Azərbaycanın sərhədində hərbi təlimlərlə kobud bir təhdid kampaniyası həyata keçirib. "Niyə indi və niyə sərhədimizdə? - deyə İlham Əliyev açıq şəkildə soruşub. - Azərbaycanın müstəqilliyinin 30 ilində belə hadisələr olmayıb".
İran rəsmiləri Azərbaycanın İsraillə ittifaqına son qoymasını tələb edərək cavab verib. Xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib: "Sionist rejimin (İsrailin) milli təhlükəsizliyimizə qarşı sərhədlərimizin yanında olmasına və fəaliyyətinə dözmürük. Bununla əlaqədar lazım olan hər şeyi edəcəyik".
İranın narahat olmaq üçün yaxşı bir səbəbi var. İqtisadiyyatı bərbad vəziyyətdədir və işsizlik tüğyan edir. Bunun əksinə olaraq, Azərbaycanın iqtisadiyyatı güclüdür və ordusu 2020-ci ildə Ermənistanla müharibə zamanı Azərbaycanı yenidən təchiz etmək üçün hərbi hava gəmisi təşkil edən İsrailin yardımı sayəsində qismən güclüdür.
Tehrandan baxdıqda, İsrailin Bakıdakı nüfuzu, Azərbaycanın İran cəmiyyətinə fövqəladə nüfuz etməsi dəhşətli görünür. Şiə türk xalqı olan etnik azərbaycanlılar İran əhalisinin böyük bir hissəsini təxminən 20-30 faiz arasında təşkil edir. Onlar ölkənin şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə cəmləniblər. Böyük bir ayrılıq hərəkatı inkişaf etməsə də, narazılıq çoxalır və Azərbaycanla güclü həmrəylik hissləri tez-tez nümayiş etdirilir.

İran hökuməti uzun müddətdir güman edir ki, İsrailin İranın nüvə proqramına qarşı gizli müharibəsinin uğurları Azərbaycanın gizli şəbəkələri hesabınadır, buna görə özünü onlara borclu hesab edir. 2012-ci ildə motosikletli iki kişi iranlı nüvə alimi Mustafa Əhmədi Rouşənin avtomobilinə maqnit bombası taxdıqından sonra İranın Xarici İşlər Nazirliyi Azərbaycan səfirini çağırıb və Azərbaycanın İsrail kəşfiyyatına göstərdiyi yardıma etiraz edilib.
İsrailin gizli əməliyyatları üçün həqiqətən birbaşa yardım alıb-almaması hər kəsin təxminidir. Necə olursa-olsun, israillilər Azərbaycanın yüksəlişinin İslam Respublikasını balansdan çıxardığını açıq şəkildə tanıyırlar. İrandakı azərbaycanlı azlığın nümayəndələri İranın müharibə zamanı Rusiyaya erməni ordusunu yenidən təchiz etməsinə kömək etdiyini biləndə nəqliyyat vasitələrini sabotaj edib və ictimai etirazlara başlayıb. Üstəlik, Azərbaycan Ordusunun qələbəsi Tehranı Cənubi Qafqazdakı müharibədən sonrakı diplomatiyadan kənarlaşdırıb. İranın digər sərhədlərinin heç birində Tehran hadisələri formalaşdırmaq üçün özünü bu qədər açıq və aciz hiss etmir.
Cəmi 10 milyon əhalisi olan Azərbaycanın Amerikanın köməyi olmadan İranı caydırdığını söyləmək çox az şeydir. Bəzən ABŞ aktiv şəkildə mane olur. 2012-ci ildə Obama administrasiyası İranın “başını sığallayarkən”, ABŞ-ın yüksək vəzifəli şəxsləri Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq haqqında mediaya məlumat verərək, bunun qarşısını almaq istəyiblər.
İndi Vaşinqton yenidən Tehranla “eşq macərası” yaşayır. Bakı ilə Qüds arasında əməkdaşlığa mane olmaq üçün heç bir iş görməsə də, İranın təcavüzü qarşısında administrasiyanın laqeyd mövqeyi, Azərbaycan kimi, digərləri üçün də qorxutma mühit yaradıb.
Bayden administrasiyasının İsrailin nümunəsini izləməsi daha yaxşı olardı. Yüksələn Azərbaycanın ABŞ-a faydaları İrana qarşı mübarizə səylərindən çox üstündür. Azərbaycan həm İran, həm də Rusiya ilə həmsərhəd olan yeganə ölkədir. Güclü və özünə güvənən Bakı Moskvaya qarşı da tarazlıqdır.
Əfqanıstandan xaotik çəkilmə göstərir ki, ABŞ qlobal siyasətdə lider güc olaraq qalmaq istəyirsə, hərbi müdaxilələrdən çəkinən seçiciyə hörmətlə yanaşı, şərçi beynəlxalq aktyorların qarşısını almaq üçün bir yol tapmalıdır. Bu zərurətləri tarazlaşdırmağın ən yaxşı üsulu qabiliyyətli hərbçiləri olan və onlardan istifadə etməkdən qorxmayan ölkələrlə məhsuldar ünsiyyət qurmaqdır.
Cənab Əliyev “Harop”u qucaqlayanda qəsdən İran əleyhinə tabesizlik mesajı göndərirdi. O, istəmədən Vaşinqtona da bir müdrik məsləhət yoladı: “Yeni çətinliklər yeni dostlar tələb edir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:45
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
Bu gün, 17:07
Prezident məhkəmələrə sədr və sədr müavinləri təyin edib
Bu gün, 16:30
Baş Prokurorluq sabiq deputata xəbərdarlıq edib
Bu gün, 13:59
Qarabağa yeni köç karvanları gedib - (Yenilənib)
Bu gün, 12:24
AMEA-da mənimsəmə və sui-istifadə halları araşdırılır
Bu gün, 12:17
I Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunub
Bu gün, 11:43
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
Dünən, 14:18
Bir neçə ölkə risk altına düşüb
Dünən, 09:41
Yer kürəsində maqnit fırtınası başlayır
Dünən, 07:23
Qarabağın daha iki kəndinə köç karvanı gedib
27-10-2025, 20:19
Nazir Emin Əmrullayevə bir neçə sual
27-10-2025, 16:37
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
27-10-2025, 16:17
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
27-10-2025, 16:11
ASC-də nöqsanlar aşkar edilib
27-10-2025, 12:22
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
27-10-2025, 12:02
Dövlətə 81,5 milyon manat zərər vuran 30 nəfər məsuliyyətə cəlb olunub
25-10-2025, 14:48
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
25-10-2025, 09:30
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
25-10-2025, 00:01
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
24-10-2025, 14:58
Vladimir Putin İlham Əliyevə zəng edib
24-10-2025, 14:56
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
24-10-2025, 12:44
Gənc müəllimlərə iki min manatdan çox kompensasiya veriləcək
24-10-2025, 12:09
Bakı, Sumqayıt və Gəncə apellyasiya məhkəmələrinə hakimlər təyin olunub
24-10-2025, 12:00
Ali Məhkəməyə hakim təyinatları təsdiqlənib
24-10-2025, 11:46
Rusiyaya qarşı üç qanun layihəsi hazırlanıb
24-10-2025, 11:29
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
23-10-2025, 15:34
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
23-10-2025, 11:05
Qarşıdurmada olan iki güclü dövlətin lideri müzakirələrə hazırlaşır
23-10-2025, 09:15
Tramp Rusiyanın neft nəhənglərini hədəfə alıb - Sanksiya
23-10-2025, 07:09
Tramp Putinlə görüşünü ləğv edib
22-10-2025, 19:39
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
22-10-2025, 15:07
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
22-10-2025, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
22-10-2025, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
22-10-2025, 10:25
Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək