Hansı ölkələrdən qırıcılar ala bilərik? - Ekspert üç ölkəyə işarə edir
Tarix: 22-10-2021 13:54 | Bölmə: Slayd
Hansı ölkələrdən qırıcılar ala bilərik? - Ekspert üç ölkəyə işarə edir

“Hərbi parkı, o cümlədən aviasiya parkını təzələmək hər bir ordu üçün vacibdir. Çünki aviasiya inkişaf edir, beşinci nəsl qırıcılar istehsal olunur, modern silahlar yaradılır. Aydındır ki, Azərbaycan Silahlı Qüvvələri də bu istiqamətdə müəyyən addımlar atmalıdır və atır”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Azərbaycan Hərbi Hava Qüvvələrinin yeni qırıcı təyyarələr alması üçün müəyyən danışıqlar aparması və seçimlər üzərində işləməsi barədə Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun son açıqlamasını şərh edərkən bildirib.

A. İsazadə deyib ki, Azərbaycanın aviasiya parkında sovet dövründə istehsal olunan qırıcılar da var və bundan istifadə edilir: “Amma nəzərə almaq lazımdır ki, yeni və nisbətən müasir qırıcılarımız da var. Ümumən nəzərə alınmalıdır ki, qırıcı təyyarə bazarı çox genişdir. Yəni seçim imkanlarımız az deyil”.


A. İsazadə

Hərbi ekspert “Azərbaycanın hansı ölkədən qırıcılar alması daha realdır”,- sualına cavabında bildirib ki, onda olan məlumata görə, Pakistan İslam Respublikasının istehsalı olan qırıcıları nəzarətdə saxlayırıq: “Yəni Pakistandan belə qırıcılar ala bilərik. Eyni zamanda Rusiyanın özündən müasir qırıcı təyyarələr almaq mümkündür. Çin də bu baxımdan cəlbedici ola bilər. Amma indidən hansı ölkədən təyyarə alacağımızı birmənalı demək doğru olmazdı. Biz bunu bilməsək də, yəqin ki, bu istiqamətdə iş aparılır, müxtəlif ölkələrin təyyarələri öyrənilir”.

A. İsazadə əlavə edib ki, hərbi texnikanı alanda qiymət və keyfiyyət məsələsinə xüsusi diqqət yetirilir: “Yəni keyfiyyəti və bizim tələblərimizə uyğunluğu, eyni zamanda hücum taktikasına necə cavab verməsi araşdırılır. Yəqin ki, qiymət və keyfiyyət məsələsi üzərində durulacaq və sonda qərar qəbul ediləcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}