Futbol oyunu zamanı iğtişaş baş verib, 155 polis xəsarət alıb
Tarix: 05-05-2024 21:17 | Bölmə: İdman
Futbol oyunu zamanı iğtişaş baş verib, 155 polis xəsarət alıb

Futbol üzrə Almaniyanın Regionlar Liqasında Berlin təmsilçisi “Dinamo” ilə Kottbusun “Energie” komandaları arasında keçirilən görüşdə iğtişaş baş verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə RBB məlumat yayıb.

Hadisə zamanı 74 nəfər saxlanılıb.

Qeyd olunub ki, iğtişaşda 155 polis xəsarət alıb.

Onlardan əksəriyyəti iğtişaşçılara qarşı istifadə edilən gözyaşardıcı qazdan zəhərlənib.

İğtişaşlara səbəb hər iki komanda azarkeşlərinin aqressiv davranışıdır. Onlar oyun zamanı butulka atıblar.

Matçda təxminən 20 dəqiqə yubanma olub.

Oyun “Energie”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.(Mənbə: APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}