23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Acun Ilıcalı Sloveniyanın məşhur komandasını alır
Tarix: 30-04-2024 12:17 | Bölmə: İdman
Acun Ilıcalı Sloveniyanın məşhur komandasını alır

İngiltərədə “Hall Siti”nin sahibi olan biznesmen Acun Ilıcalı Avropada daha bir futbol komandasını alır.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

Ilıcalı bildirib ki, Sloveniyada hansı klubun satış və sərmayə üçün münasib olduğunu araşdırıblar: "Bizə daha uyğun olduğunu araşdırdıqdan sonra bu klubun "Maribor" olduğuna qərar verdik. Keçən həftə Mariborda idim, şəhəri və stadionu çox bəyəndim. Klubu idarə edən insanlarla görüşdüm, "Maribor"un ən yaxşı layihə olduğuna qərar verdik. Hazırda danışıqlarda yekun mərhələdəyik".

Xatırladaq ki, UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Fənərbağça” ilə qarşılaşan “Maribor” ilk matçda səfərdə 3:1, ikinci matçda isə evdə 3:0 hesabı ilə uduzub.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}