"Fənərbağça"nın "qorxaq" oyunu tənqid olunub: "Hər kəs özbaşına penalti vurub.."
Tarix: 19-04-2024 16:10 | Bölmə: İdman
"Fənərbağça"nın "qorxaq" oyunu tənqid olunub: "Hər kəs özbaşına penalti vurub.."

Konfrans Liqasının 1/4 finalın cavab oyununda "Olimpiakos"a penaltilərlə uduzan "Fənərbağça"nın "qorxaq" oyunu tənqid atəşinə tutulub.

Reyting.az.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, komandanın penaltilərlə turnirlə vidalaşmasından sonra ortaya maraqlı informasiya "atılıb".

Məlumata görə, İstanbul klubunun baş məşqçisi oyunun taleyinin penaltilərlə müəyyən ediləcəyini qətiyyən proqnozlaşdırmayıb.

Bu barədə məşhur idman jurnalist Yağız Sabuncuoğlu "Sports Digitale" kanalında açıqlamalar verib.

O, İsmayıl Kartalı və futbolçuları tənqid edərək deyib: "İcazə verin, birbaşa komandanın içindən aldığım dəqiq məlumat verim. "Fənərbağça penaltilərlə ümumiyətlə, məşq etməyib. Heç kimlərin penalti vuracağı da qısa müzakirə olunmayıb. Elə hər kəs özbaşına gedib topu qapıya tuşlayıb. Bu da sonu...".

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}