"Araz-Naxçıvan” Azərbaycan Kubokunun qalibi olub
Tarix: 07-05-2024 16:23 | Bölmə: İdman
"Araz-Naxçıvan” Azərbaycan Kubokunun qalibi olub

Futzal üzrə Azərbaycan Kubokunun qalibi məlum olub.

Reyting.az
xəbər verir ki, finalda “Araz-Naxçıvan” və “Baku Fire” komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb.

Matçın əsas və əlavə vaxtı 5:5 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq (5:4) oynayan “Araz-Naxçıvan” 15 ildən sonra ölkə kubokunun sahibi olub.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunu "Baku Fire" komandası qazanmışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}