"Arsenal" türk oyunçunu "radar"a salıb
Tarix: 19-04-2024 00:35 | Bölmə: İdman
"Arsenal" türk oyunçunu "radar"a salıb

İngiltərənin ən köklü klublarından olan "Arsenal" "Fənərbağça"nın ulduz futbolçusu Ferdi Kadıoğlunu transfer etmək istəyir.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Arsenal" yetkliləri bu məqsədlə UEFA Avropa Konfrans Liqasının 1/4 final cavab oyununda "Olimpiakos"u qəbul edən "Fənərbağça"nın heyətindəki Ferdinin oyununu canlı izləyiblər.

Xatırladaq ki, Ferdi Kadıoğlu bu mövsüm 44 rəsmi matça çıxıb. 24 yaşlı futbolçu bu matçlarda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}