15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Nazpəri Dostəliyevanın şikayət etdiyi şəxslərə cəza verilib – Siyahı
Tarix: 19-02-2019 19:35 | Bölmə: Şou-biznes / Xəbərlər
Nazpəri Dostəliyevanın şikayət etdiyi şəxslərə cəza verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R. Verdiyev 8 il, Y. Hüseynli 7 il, C. Əliyev 8 il, N. Fərəcov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, 2017-ci ilin avqustun 19-da naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan N. Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş R. Verdiyev, C. Əliyev, Y. Hüseynli və N. Fərəcov tərəfindən törədildiyi məlum olub.

Cinayət işi üzrə xalq artisti N. Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.

N. Dostəliyeva dindirilən zaman deyib ki, evindən ümumilikdə 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min fund-sterlinq maddi ziyan dəyib. Xalq artisti istintaqa verdiyi ifadəsində təqsirləndirilən şəxslərdən heç bir şikayəti, iddia və tələbinin olmadığını söyləyib.(Report)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər