Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-07-2016 14:05 | Bölmə: Şou-biznes / Xəbərlər

Marağı olanlar Azərbaycanda da stilist sənətinin sirlərini tam öyrənə biləcəklər. Çünki müsahibimiz Şəfəq Novruzova artıq ölkəmizdə belə bir məktəbin açılmasına nail olub.
Ş.Novruzova "Reytinq"ə deyib ki, belə bir məktəbi açdırması ona qarşı qısqanclığa da səbəb olub. Baş verən davaların kökündə də, məhz bu məsələnin dayandığını iddia edir.
Həm saç düzümləri, həm də makjaj üzrə məktəb açdığını bildirən Ş.Novruzovabildirib ki, əvvəl bu sahə üzrəməktəb olsa da, onların səsi-sorağı az çıxıb. Hazırda isə onun təhsil verdiyi məktəb böyük əks-səda doğurub.
Tələbələrinin sayına gəldikdə, Ş.Novruzova bildirib ki, hər qrupda hardasa 50 nəfər təhsil alır: "Amma qrupa çox tələbə götürmürük. Məktəb yüksək səviyyədədir. Dərs prosesində bütün kosmetkaları özün verirəm, hamısı da brend markalar. Onlar işləyir, mən baxıram, nəyisə düzgün eləməyəndə isə istiqamət verirəm. Bildiklərimi tam öyrətməyə çalışıram.
Mənim yanıma çox ölkələrdən gəldilər, məcbur olub məktəb açdım. Vaxt olacaq ki, mən Azərbaycanda stilist məktəbinin banisi kimi tanınacam".
Xarici ölkələrdə də tələbələrinin olduğunu deyən Ş.Novruzovanın sözlərinə görə, xaricdə onun sənətini çox bəyənsələr də, Azərbaycanda onu əzirlər:
"Mən, 20 ilin ustasıyam. Unutmasınlar ki, Şəfəq uzun illər öncə "Yeddi gözəl" salonundan çıxan ustalardandı. Bu gün məndən öyrənməyə çalışmalıdırlar. Azərbaycanda ən səliqəli və təmiz iş görən, eyni zamanda pul qazananlar mənim davamçılarımdır. Onlardan biri də mənim qızımdır. Mən bu sənəti həm də qızıma öyrətdim. O, xaricdəki tanınmış stilistlərindən dərs alır".
Bir gəlini bəzəməyin neçəyə başa gəlməsi ilə bağlı sualın cavabında müsahibimiz bunları dedi:
"Gəlini 300 manata bəzəyirəm. Başqa həmkarlarım var ki, 700 manata bəzəyir. Amma mən bu qiymətə bəzəyə bilmərəm. Gəlinlər deyirlər ki, siz çox ucuz bəzəyirsiniz. Xəbərləri yoxdur ki, kosmetkalar neçəyədir. Bu gün bəzi kremlərin qiymətinə baxanda dəhşətə gəlirsən. Mən ümumiyyətlə, brend markalı kosmetkalardan istifadə edirəm".
Amma Ş.Novruzova stilist kimi reklamını qurmaqda maraqlı deyil: "Atam aktyordur, ona desəm, məni tez-tez efirə çıxara bilər, amma istəmirəm. Açığı, müğənni və aktrisalarla işləməyi sevmirəm. Düzdür, onlardan yanıma gələnləri olur. Onları atamın adına görə qarşılayır və yola salıram. Hər şeyin onların ürəyincə olmasını istəyirəm. Çalışıram ki, sənət adamlarına hörmət edim".
Şəfəq xanım bu sənətin bilicisi olsa da, özü üçün öyrənməyə həmişə ehtiyac duyur. Hətta başqa bir stilistin kursuna da getmək istəyir: "Mənim də bəyəndiyim usta var. İstəyirəm, ondan öyrənim. Həmin usta Mahaçkaladadır. Onun əl işlərini çox bəyənirəm. Ona yazmışam ki, sizin kursunuza gələcəm. O da çox sevinib".
Azərbaycanda əvvəllər stilist sənətinin zəif olduğunu deyən müsahibimizin fikrincə, hazırda ölkəmiz bu sahədə irəlidədir: "Saç kraskası və kəsimini deyə bilmərəm, ola bilər ki, burada müəyyən nöqsanlar olsun, amma makjaj və saç düzümündə bizə çatan yoxdur".
Haqqında yayılan dedi-qodular isə stilist xanımın işinə mane olur. Hətta onu depresiyaya da salır: "Mən zərif insanam, belə söz-söhbətlərdən mənən sınıram. Hətta depresiyaya düşürəm. Nə yaxşı ki ətrafım var, məni yıxılmağa qoymurlar. Bunlar olmasa, mən bataram. Hansısa bir qadın öz sənəti və zəhməti ilə irəli getməyə cəhd eləsə də, ona "əxlaqsız" damğası vurmağa çalışırlar. Bu isə yolverilməzdir...".
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər