Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 07-08-2016 22:05 | Bölmə: Şou-biznes / Xəbərlər

Bir müddət bundan öncə Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmov maddi imkansızlıq ucbatından böyrəyini satışa çıxarmışdı. Bundan az sonra məlum oldu ki, o, böyrəyini sevdiyi qızla evlənmək üçün satmaq istəyirmiş. Çünki qız evinin oğlanın adamlarına "Oğlunuzun evi olmasa qızımızı ona verməyəcəyik. Evsiz oğlana qız vermirik",-deməsi Cavanşir Məhərrəmov üçün başqa çıxış yolu qoymayıb. Elə bu səbəbdən də aktyor böyrəyinin qiymətini 30 mindən manatdan 20 minə endirmək məcburiyyətində qalıb.
Amma bu günlərdə eşitdik ki, sağlamlığını sevdiyi qıza görə "hərraca" çıxaran aktyorun sevgilisi iləyolları ayrılıb.
C.Məhərrəmov "Reytinq"ə müsahibəsində bunu etiraf edib:
"Sevdiyim qızla çətinliklərə sinə gələ bilmədim, vəziyyət daha da pis oldu. Bu səbəbdən də sevdiyim qızdan ayrıldım.
Qızın adamları dedi ki, sənin evin yoxdur, evi olmayan kişiyə qız vermək olmaz. Ev üstündə problemlər böyüdü və hər şey acı sonluqla bitdi. Düzü, bu barədə danışmaq istəmirəm. Yaram təzədir".
Sevgisinə sahib çıxmaq üçün böyrəyini satmaqla sağlamlığından belə keçməyə hazır olan aktyora ilk vaxtlar çoxları dəstək verəcəyini bildirsə də, sonradan verilən vədlərə əməl edilməyib: "Hər yerə çıxdım, hər yerdə bəyan etdim. Amma heç nə alınmadı. Hər şey söz olaraq qaldı. İndi əlim hər yerdən üzülüb. Çalışıb özümü oda-közə atım ki, bəlkə haradansa bir sot torpaq sahəsi ala bildim.
Çox əlacsızam, imkansızam. Aldığım məvacibə güclə dolanıram. Belə olan təqdirdə, həyatımı necə qura bilərəm? Ümidim odur ki, dost-tanış kömək edə, mən də işləyib borcumu qaytaram".
Qız evinin qərarını müəyyən mənada haqlı sayan aktyorun sözələrinə görə, qız evi də istəyir ki, övladları rahat yaşasın: "Haqlarıdır. Amma mən deyirəm ki, hər şey qızdan asılıdır. Məni sevən qız mənimlə bir evdə olmağa can atmalıdır. Ev dalınca düşsək çətin ki, həyat qurasan. Əksər insanlar vaxtilə kirayədə qalıb da... Bütün bunlara baxmayaraq, valideynlərim mənə güvənir və inanırlar ki, bir gün bu problemi həll edəcəyəm".
Uşaq Teatrında çalışan aktyorların vəziyyətinə gəlincə, C.Məhərrəmov "Hamı eyni ola bilməz. Pis yaşayanı da var, normal yaşayanı da. Ən başlıcası odur ki, hamının evi var, kirayədə qalan tək mənəm. Yəni, hər kəs başını güclə dolandırır. Kimə demək olar ki, mənə dəstək ol?",-deyib.
Teatr adamlarının əksəriyyəti dolanışığından giley-güzar edir. "Allah böyükdür, yəqin ki, nə vaxtsa bizə də bir yol açılar",-deyən aktyor isə bildirib ki, Uşaq Teatının bir layihəsi var, uzun zamandır kollektiv həmin layihəni təqdim edir: "Meydan tamaşaları deyilən səhnələr var. Bu, əvvəllər xarici ölkələrdə oynanılardı. Artıq Uşaq Teatrı xeyli vaxtdır ki, həmin layihəni Bakının Tarqovı deyilən ərazisində - "Malakan bağı"nda reallaşdırır. Biz aktyorlar da bu yayı bütünlüklə həmin meydanda olacayıq. Hər həftənin 6-cı və bazar günləri kollektiv həmin tamaşanı oynayır. Teatrın repertuarında olan tamaşaları bütün yayı tama-şaçılarına təqdim edəcəyik".
Küçə tamaşalarına görə saat 5-6 aralarında meydanda olduqlarını bildirən C.Məhərrəmov qeyd edib ki, saat 7-dən həmin tamaşa başlayır.
Küçə tamaşalarına göstərilən marağa gəldikdə, aktyor, getdikcə tamaşaçıların artdığını bildirib: "Elə adamlar var ki, qışda vaxt tapıb teatra gələ bilmir. Üstəlik, tamaşalar pulla olduğundan buna imkanı ol-mayan ailələr də var. Biz də həmin ailələrə imkan yaradırıq ki, gəlib tamaşalarımıza baxsınlar. Onlar da gəlirlər. Belə olan şəraitdə tamaşaçıların teatra marağı daha da artır. Həm də teatr bununla özünəyeni auditoriya toplayır".
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər