Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 16-08-2016 20:06 | Bölmə: Şou-biznes / Xəbərlər

Əməkdar artist Baloğlan Əşrəfov həmkarlarından fərqli olaraq, yay istirahətini Azərbaycanda keçirməyə üstünlük verir. O, "Reytinq"ə hazırda da Bakıda olduğunu deyib: "Hazırda Bakı şəhərindəyəm, öz evimdə dincəlirəm. Hərdən rayona da gedirəm".
Payız aylarında konsert verib-verməyəcəyi ilə bağlı suala cavabında B.Əşrəfov belə bir layihə barədə düşündüyünü söyləyib: "Hələlik götür-qoy edirəm ki, konsert necə və harda olsun. Bununla bağlı dəqiq qərar verməmişəm".
Sənət adamlarından kimi danışdırırsan toyların azlığından gileylənir. Müsahibimiz də onların dediyi ilə razılaşır: "Şəhərdə toyların sayı çox azdır. Rayonlarda şəhərə nisbətən ara-sıra toy olur. İndi də yaydır, çoxları deyir ki, hava sərinləsin, sonra edərik. Düşünürəm ki, belə vəziyyət çox davam eləməz.
Amma başqa məsələ də var. Məsələn, elə götürək məni, istəyirəm ki, heç bir ölkədə müharibə olmasın. Vətən uğrunda, döyüşlərdə şəhid olanların hər birinin özünə toy etmək arzusu var idi. Hamısı istəyirdi ki, sevsin, toy eləsin, övlad sahibi olsun. Onlar həm də bizim balalarımızdı. Allah Azərbaycan xalqına yaxşı gün göstərsin. Əminəm ki, pis günün ömrü az olacaq".
Toyların, el şənliklərinin azalmasının səbəblərinə gəldikdə, Baloğlan müəllim bunları deyib: "Böyük sənətkarlarımızdan biri - bilmirəm Xan əmi, ya Seyid Şuşinski deyib ki, İranda bir top atılanda onun bir qəlpəsi mütləq bizim sənətçilərə dəyir. Yəni, hamı işində-gücündə, hər kəs pulunu qazanır, kefini çəkir, amma sənət adamlarına problem yaranır. Fikir verin, yas olanda sənət adamları işləyə bilmir. Ölkədə vəziyyət gərginləşən kimi sənət adamlarıın işi dayanır. Toy-düyün də yaxşı əhval-ruhiyyəyə söykənən, onun üstündə köklənən və eyni zamanda imkana bağlı adətdir. Ona görə də bütün müğənnilər bu tale ilə barışıblar".
Bəzi sənət adamları isə Vergilər Nazirliyini ittiham edirlər. Deyirlər ki, hətta qonaq kimi dəvət olunduqları toya görə də onlardan vergi tələb edirlər.
Baloğlan Əşrəfov isə sənət adamları üçün təyin edilən rüsuma görə böyük problem yarandığını bildirib:
"Əvvəllər toya gedirdik, təyin olunan bütün vergini də ödəyirdilər. Amma indi heç kəs vergisini ödəyə bilmir. Çünki toy yoxdur. Hətta qonaq qismində dəvət aldığın toylarda belə problem yaranıb. Məsələn, mən qonaq kimi dəvət aldığım layiqli insanlara sözümü demişəm. Demişəm ki, sən sayıb dəvət edirsən, çox sağ ol, amma mən ora gələndə sənin başına oyun açacaqlar, cərimə cərimənin üstünə gələcək. Yəni səni narahat edəcəklər. Ona görə də məni üzrlü sayın, mən qonaq kimi dəvət aldığım toylarda oxuya bilməyəcəm.
Bu, çox çətin məsələdir və ayrıca müzakirəyə ehtiyacı var".
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər