Prokuror İlhamə Quliyevanın köməkçisinə ağır cəza tələb edir - Məhkəmə
Tarix: 20-12-2016 13:18 | Bölmə: Şou-biznes / Xəbərlər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror M.Hüseynovaya 8 illik həbs cəzası istəyib. Proses dekabrın 27-də davam etdiriləcək(apa).

Qeyd edək ki, M.Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ.Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ.Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

 





Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər