Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 24-01-2017 15:38 | Bölmə: Şou-biznes / Xəbərlər
Tanınmış prodüser Tolik (Tarix Əliyev) indi də "Azərişıq" ASC-ni ittiham edir.
Tolik "Reytinq"ə deyib ki, qış fəsli girəndən "Azərişıq"la davadadır. Çünki bir gündə 3 dəfə işıqları sönür.
Prodüser axırda bu problemə dözməyib sosial şəbəkədə də yazıb: "Həmin vaxt qurumun mətbuat katibi mənim iradlarıma cavab vermişdi. Demişdi ki, Tolikin yaşadığı ünvanı bilmirik, amma məsələni diqqətdə saxlayacayıq".
Doğrudan da "Azərişıq" məsələni araşdırıb və Tolikin yaşadığı kompleksə baxış keçiriblər. Şahidi olublar ki, burada komplekslik bir məsələ yoxdur. Problem "Azərişıq"ın istifadə etdiyi keyfiyyətsiz kabellərdədir.
Normal, suveren ölkədə yaşadığımızı deyən prodüser Tolik, indi hər gün səhər saat 8-də yuxudan qalxıb, əl-üzünü yuymaq məcburiyyətindədir: "Düşünürəm ki, yenə saat 12-də işıqlar sönəcək.
Yaşadığım binanın bütün sakinləri mənim vəziyyətimdədir. İşıqpulu da ver, əsəblərini də korla...
Binanın 1000-dən yuxarı sakini var, hərəyə bir qonaq gələndə görün sayı hara çıxır.
Mən tanınmışam, axı bu binanın hamısı tanınmır, sözü eşidilmir. Həm də onlar səsini çıxara bilmir. Belə də olmaz!"
Problemlə bağlı "Azərişıq"a müraciət edib-etmədiyinə gəldikdə, Tolik bildirib ki, pul da verəcəm, hələ bir onların qapısını da döyəcəm:
"Mən problemi sosial şəbəkədəki səhifəmdə yazdım, mətbuat da işıqlandırdı.
Hazırda qışdır, hava soyuqdur. İşıqlar olmayanda həyat dayanır. Birinin evində xəstəsi, birinin evində yaşlısı və yaxud körpəsi var. İşıq yanmırsa, insanlar nə etməlidir?
Bu, indinin problemi deyil, Xırdalanda illərlə yaranan və gündəmdə olan məsələdir. Çünki mən, sosial şəbəkədə bu haqda yazan kimi hamı səsimə səs verdi. Ömürlərini Xırdalanda keçirən yaşlı adamlar da təsdiq elədi ki, burada belə problem var. 45 ildir ki, mən bu problemlə birlikdəyəm".
Tolik problemdən çıxış yolu kimi hər bir binaya generator qoyulmasını təklif edir:
"Mən Masazırda yaşamışam. İnın ki, orada ildə bir dəfə işıqlar sönmürdü. Hələ Masazır Xirdalandan görün nə qədər kənardır.
Mən, Xırdalan şəhəri, Heydər Əliyev-240 ünınvanda yaşayıram. Bu ünvanda 3 ay bundan əvvəl də bu problem vardı. İndi onlardan soruşuram ki, siz bu problemi niyə həll etmirsiniz? Baxsınlar, görsünlər ki, mənim şikayətimin altından nə qədər adam rəy yazır. Mən artıq bezdim. Görün, illərlə Xirdalanda yaşayanlar bu işığın əlindən nə edir? Mənə həmişə deyirdilər ki, burada problem var, inanmırdım, demə yanılmışam.
Bəsdirin də yediniz, taladınız bu dövlətin pulunu. Bir dəfəlik keyfiyyətli kabellər alın. Məmurların xaricdə kef elədikləri yetər. Hər an hamamda qalıram, ya da evdən çıxmaq istəyəndə əl-üzümü yumağa su tapmıram. Bu nə dərddi Xirdalanda? İndi guya mən Xırdalanda ən yaxşı kompleksdə yaşayıram..."
Tolik sonda qeyd edib ki, bu problem qış çıxana qədər davam edəcək.
"Qoy mənim sualıma cavab versinlər, bu işıq problemi niyə həll olunmur?
Xırdalandakı xəstəxananın reanimasiya şöbəsi var. İşıqlar sönəndə həmin xəstələrin halı necə olacaq? Camaat liftdə, hamamda qalır. Biz hansı əsrdə yaşayırıq? Beş manat artıq alın, az yeyin-dağıdın və bu problemi həll edin",-deyə Tolik sözlərini tamamlayıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər