Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 19-02-2017 15:53 | Bölmə: Şou-biznes / Xəbərlər
Müğənni Afaq Aslan dediyinə əməl edib
lüt soyundu. Onun hamamda çəkilən video-görüntüsü cəmiyyətdə birmənalı
qarşılanmadı. Sosial şəbəkələrdə müğənninin bu hərəkəti qınaq obyektinə
çevrildi. Hətta bəzi şəxslər onun Azərbaycandan getməsini tələb etdi.
Afaq Aslanın bu hərəkətinə qəzəblənənlərdən biri də meyxana ifaçısı Samirə xanımdır.

Samirə xanım Reyting.az-a deyib ki, Afaq Aslan gözəl xanımdır və sənəti var. Amma soyunmaqla çətin ki, nəyəsə nail olsun: "Belələri bu sənətdə soyunmaqları ilə yadda qalacaq. Deyəcəklər ki, soyundu, özünü bayırda qoydu. Bir aydan sonra o, heç kəsə lazım deyil. Artıq onun hər yerini görüblər.Ondan sonra nə edəcək? Ayıbdır, biz Azərbaycanda yaşayırıq, Avropada yox. Azadlıq verilib deyə, özümüzü bayırda qoymalıyıq?
Görünür, soyunmaq nəyisə həll edir də... Çox güman ki... Deyir, baxın, mən belə bir gözələm, Allah mənə hər şey verib.
Amma Afaq unutmasın ki, hər aşiqin bir dövranı var. O dövran bir gün bitir. Gözəllik əbədi deyil, o heç kimə qalmır. Amma nə vaxtsa onun övladı olanda, anasının çılpaq şəkillərinə və hamam roliklərinə baxanda xəcalət çəkəcək”.
Meyxana ifa etməzdən əvvəl müğənniliklə məşğul olduğunu bildirən Samirə xanımın sözlərinə görə, 35 ildir səhnədədir: "Amma bu günə kimi mənim soyunmağımı heç kəs görməyib. Yaxud da mənim nalayiq geyimimi heç kim görə bilməz. Allaha şükür ki, mən həmişə geyimimi, hərəkətimi, hər yaşda davranışımı bilmişəm. Bəyəm mən həmişə 50 yaşında olmuşam? Mənim də 20-30 yaşım, su sonası kimi olan vaxtlarım var idi. Bəyəm biz, o zaman bağlı yerimizi bayırda qoymuşuq? Olmaz! Mən buna yaxşı baxmıram. Azərbaycan qadınlarına belə şey yaraşmaz”.
Meyxana ifaçısı bəzi TV-lərdən narazılıqlarını da gizlətməyib:
"Hazırda "Xəzər” TV-da çəkilişdəyəm. "Xəzər” məni dəvət edir, amma ATV kanalı məni unudub.
Mənə Türkiyədən də dəvət gəlib, hazırda bu işlə məşğulam. Meyxana ifaçılarının ora gedib-gəlmələri müzakirə edilir. Bu məsələdə sponsor da lazım olacaq. Mən də həmin verilişin aparıcısı olacam. Veriliş həftədə bir dəfə yayımlanacaq. Meyxana sənəti üçün yaxşı bir layihədir. Layihənin həyata keçməsi üçün böyük məbləğdə vəsait tələb olunur. Sponsorlar pulla bağlı razılığla gələn kimi Türkiyədə iştirak günləri müəyyənləşəcək”.
Azərbaycan telekanallarında meyxana yarışmasına ara verilməsinə gəldikdə, Samirə xanım deyib ki, bizimkilər meyxana ilə bağlı heç nə etmirlər:
"Meyxana verilişi olmalıdır, bu sənətə tələbat var. Amma ifaçıları ayrı-ayrılıqda dəvət edirlər.
Bir ara telekanallar meyxana ilə bağlı layihələr reallaşdırsa da, sonradan sənəti "öldürdülər”. Meyxanaçılar özləri bu sənəti ucuzlaşdırdılar. Elə etdilər ki, meyxana əvvəlki vəziyyətinə düşdü.
Bu sənətin səviyyəsi çox qalxmışdı, artıq dövlət statusu almasına az qalırdı. Yenə də onu sürükləyib əvvəlki səviyyəsinə saldılar. Hər yerindən duran meyxana dedi, hər yerindən durana efir, səhnə verdilər. Nəticə də belə oldu. Yəni, meyxananı gözdən saldılar”.
Meyxana ifaçısı qeyd edib ki, bu sənəti yenidən həmin səviyyəyə qaldırmaq üçün hansısa kanal təşəbbüs göstərməli, hansısa veriliş açılmalıdır: "Ora çox hörmətli meyxana ifaçıları dəvət olunmalıdır. Demirəm ki, cavanlara yol açmasınlar, əksinə, onlara da yer verək. Amma istedadı olanları irəli çəkək”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər