Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 11-03-2016 13:28 | Bölmə: Şou-biznes / Xəbərlər

Xalq artisti Aygün Kazımova "Yeni Müsavat”ı məhkəməyə
verir.
AzNews.az-a açıqlama verən sənətçi xəbəri dərc edən
musavat.com saytını və yazı müəllifini məhkəməyə verəcəyini bildirib. O, məsələ
ilə bağlı vəkilinin artıq işə başladığını deyib.
A.Kazımovanın müəllimi, bəstəkar Cavanşir Quliyev də sosial şəbəkədə
böhtan xarakterli məqaləni dərc edən mətbu orqanı tənqid edib: "Ayıb olsun! M.Ə.Rəsulzadə Müsavatı bunun üçün yaratdı? Biz
könlümüzü, ömrümüzü, həyatımızı bunun üçün Müsavata verdik? Çox üzüldüm! İnsanı
sübutsuz-dəlilsiz ittiham etmək olmaz. Buna böhtan deyilir. Böhtan da cəzalandırılmalıdır.
Ən acısı isə odur ki, bunu, dəfələrlə böhtanın qurbanı olmuş Müsavat edir!”
Bəstəkar vurğulayıb ki, sözügedən mətbu orqan A.Kazımovadan
üzr istəməlidir: "Çünki
Aygün o cür insan deyil. Mən onu çox yaxşı tanıyıram. Məncə onlar Aygün
Kazımovadan öz saytlarının yerinə üzr istəməlidir. Bəlkə Aygün bağışlayar”.
Xalq artistinin mətbuat xidməti əlavə edib ki, A.Kazımova
haqda həqiqəti əks etdirməyən informasiyaları media nümayəndələrinə ötürən şəxs
Türkiyədə yaşayan azərbaycanlı Murad adlı şəxsdir: "Sonradan özünü yarıqadın edərək Masya adı ilə məşhurlaşan
cinsi azlıq yaşam tərzinə görə Azərbaycanı tərk edib. Bir müddət Türkiyədə
yaşayıb. Qanunsuz əməllərinə görə Türkiyədən deportasiya olunub. Məlumatları
yayan şəxs də odur”.
Xatırladaq ki, bu günlərdə
mətbuatda Ermənistanın xüsusi orqanlarının Azərbaycanın şou aləminə nüfuz etmələri
barədə yazı dərc olunub. Yazıda bildirilir ki, erməni xüsusi xidmət orqanlarına
bağlı olan modelyer çetesi azərbaycanlı iş adamlarının, müxtəlif peşə sahiblərinin
yataq səhnələrini gizli çəkib, sonradan onları şantaj ediblər. Rusiyadan,
Ukraynadan, Azərbaycandan Türkiyəyə moda yarışmasında iştirak etmək üçün dəvət
olunan modelyerlər tədbirlər sonrası seks-köləliyə məcbur ediliblər.
Pasportları əllərindən alınan modelyerlər bir neçə min dolların qarşılığında
ayrı-ayrı şəxslərə bir gecəlik satılıblar.
"Yeni Müsavat" qəzeti bununla bağlı geniş yazı dərc
edib və həmin məsələdə Aygün Kazımovanın da adını çəkib. Müğənni erməni agentlikləri ilə
işbirliyində ittiham olunub.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər