17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Elza Seyidcahan iş adamını həbs etdirib
Tarix: 30-09-2021 12:29 | Bölmə: Şou-biznes / Xəbərlər
Elza Seyidcahan iş adamını həbs etdirib

Müğənni Elza Seyidcahana zor tətbiq edən Rüstəm Kərimzadə həbs olunub.

Reyting.az
-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, R. Kərimzadə barəsində sentyabrın 29-da Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsinə əsasən 1 aylıq həbs qərarı çıxarılıb.

E. Sadıqov həmçinin bildirib ki, həbs edilən şəxs aclıq aksiyası keçirir.

Qeyd edək ki, müğənni E. Seyidcahan Nəsim Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R. Kərimzadənin ona zor tətbiq etdiyini bildirmişdi.

Xatırladaq ki, Kərimzadə Rüstəm Fuad oğlu “ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.(Lent.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}