Məhkəmə Fədayə Laçının həbs müddətini uzadıb
Tarix: 15-01-2018 17:55 | Bölmə: Şou-biznes / Xəbərlər
Məhkəmə Fədayə Laçının həbs müddətini uzadıb

Məhkəmə Fədayə Laçının həbs müddətini uzadıb

Müğənni Fədayə Laçının həbs müddəti daha 3 ay uzadılıb. Bu barədə onun hüquqlarını müdafiə edən vəkil Türkel Süleymanlı bildirib.

Vəkil deyib ki, Nəsimi Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında F.Laçının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini aprelin 25-dək uzadıb:

"Müvəkkilim həbs müddətinin uzadılması qərarı ilə razılaşmayıb. Bu səbəbədən də Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişik. Məhkəmənin vaxtı hələ dəqiqləşməyib”.

Oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.(Modern)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər