Fədayə Laçın əfv olunmasını istəyir - Müraciət
Tarix: 12-02-2018 21:16 | Bölmə: Şou-biznes / Xəbərlər
Fədayə Laçın əfv olunmasını istəyir

Həbsdə olan müğənni Fədayə Laçın bağışlanmaq üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət edib.

Bu barədə F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib.

Vəkilin sözlərinə görə, F.Laçın özü komissiyaya müraciət göndərib: "Mənim iştirakım olmayıb. Fədayə xanım özü birbaşa təcridxanadan yazılı şəkildə komissiyaya müraciət edib".

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsindəki həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.(Trend)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər