Röyanın Aygünə qarşı iddiası araşdırılır - Məhkəmə
Tarix: 15-02-2018 11:26 | Bölmə: Şou-biznes / Xəbərlər
Röyanın Aygünə qarşı iddiası araşdırılır

Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmənin hazırlıq iclası davam etdirilib.

Röya Ayxanın vəkili Vamiq Şükürov deyib ki, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə Aygün Bəylər və onun nümayəndəsinin növbəti dəfə məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra məhkəmə iclası baxışa verilib.

Məhkəmənin baxış iclası fevralın 19-na təyin edilib.

Qeyd edək ki, R.Ayxan iddia ərizisində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

Xatırladaq ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.(Report)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər