Müğənni ilə şoumenin problemini prokurorluq araşdıracaq
Tarix: 01-03-2018 10:24 | Bölmə: Şou-biznes / Xəbərlər
Müğənni ilə şoumenin problemini prokurorluq araşdıracaq

Müğənni Samir Piriyevlə şoumen Kamran Həsənli arasında səngiyən qarşıdurma yenidən qızışıb.


Şoumenlə müğənni arasında pul çəkişməsiylə bağlı baş prokurora müraciət ediləcək.

Bu barədə S. Piriyevin vəkili Ceyhun Yusifov yenicag.az-a açıqlama verib:

"Samir hazırda biznes fəaliyyəti ilə bağlı Türkiyədədir. Onun Kamran Həsənli ilə bağlı məhkəmə prosesi dayandırılıb. Görünür, Kamran daha güclüdür. Bu iki ildə döymədiyimiz qapı qalmayıb, lakin hələ də Kamranın dələduzluğu sübuta yetirilməyib. Lakin biz geri çəkilən deyilik, Kamran ələ keçirtdiyi pulları gətirib qaytarsın. Məsələ ilə bağlı yaxın bir neçə gün ərzində baş prokurorun qəbulunda olacağıq".

Qeyd edək ki, Kamran Həsənlinin Samir Piriyevə 85 min manat borcunun olduğu bildirilir və bu çəkişmə xeyli müddətdir davam edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər