Təranə Qumral həbs olunmaq təhlükəsi ilə üzləşib
Tarix: 17-03-2018 09:44 | Bölmə: Şou-biznes / Xəbərlər
Təranə Qumral həbs olunmaq təhlükəsi ilə üzləşib

Müğənni Təranə Qumralın barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılıb.

Məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmədiyi üçün o, 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Reyting.az-ın xəbərinə görə, müğənni Nazəninin vəkili Heyrat Qarayev yenicag.az-a deyib ki, cavabdeh Təranə İbrahimova Bakı Apellyasiya Məhkəməsinin iki qətnaməsini icra etmədiyi üçün

barəsində toplanan materiallar Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdim edilib:

“Hər iki qətnamədə qeyd olunur ki, Təranə İbrahimova Məhəbbət Həsənov və həyat yoldaşı Nazənin xanımdan üzr istəməli, eləcə də təkzib verməlidir. Uzun müddətdir ki, cavabdeh tərəfdən hər iki qətnamə üzrsüz səbəbdən, qərəzli şəkildə icra edilməyib, buna görə də T. İbrahimova barədə Ədliyyə Nazirliyinin istintaq idarəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir”.

Təranə Qumralın barəsində qaldırılan cinayət işinə reaksiyası gözlənilməz olub.

T. Qumral deyib ki, bu barədə danışmaq istəmir: “Hazırda konsertdəyəm. Məni bu məsələyə görə narahat etməyin”.

“Nazənin xanımdan üzr istəyəcəksiniz?” sualına müğənninin cavabı belə olub:

“Dedim axı susacam”.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər