Röya Aygün haqqında: “O, ikiüzlüdür”
Tarix: 14-04-2018 10:21 | Bölmə: Şou-biznes / Xəbərlər
Röya Aygün haqqında: “O, ikiüzlüdür”

Əməkdar artist Röya Ayxan aylardır ki, məhkəmədə çəkişdiyi Aygün Bəylər haqqında açıqlama verib.

Reyting.az
-ın xəbərinə görə, müğənni Röya Ayxan "Baku.ws”in instaqram səhifəsinin canlı yayımında həmkarını sərt şəkildə tənqid edib. Röya Aygünü ikiüzlülükdə ittiham etməkdən də çəkinməyib:

"Bu yaxınlarda bir müğənni heç özündə deyildi, çıxıb efirdə ağzına gələni danışdı. Səbail Rayon Məhkəməsinin hakimi də (Zaur Əliyev) guya bizim istəyimizi rədd edib. Buradan ona müraciət edirəm. Siz hakim, mənə rədd cavabı necə verə bilərsiniz? 200-300 min təzminat istəməmişəm. Hər zaman olan şeyi istəmişəm. Bu təhqirə görə 50 min manat ən yüksək təzminatdır”.

Röya daha sonra bunları qeyd edib.

“Mənim anam, atam və ailəm var. O kimdir efirə çıxıb desin ki, bu sənətə hansı yolla gəldiyini bilirik. Hansı yolla?

Sən bizi yeməyə çağırdın, gəldik və bizi otaqda qarşıladın, otağa girmədik? Bu yolu nəzərdə tutmusan? İnsanlar düzgünlüyü görməyəndə başqasına düşmən kəsilir. Mən onu bildim deyə düşmən kəsildi. Yoxsa bizdə hər şey yaxşı idi. O, ikiüzlüdür. Biz yemək yeyəndə demişdi ki, sən kişi kimi qızsan. Bəli, mən kişiyəm, amma sən yox. Papağını çıxart, yerə qoy”,- Röya Aygünə eyham vurub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}