Müğənnilərin qarşıdurması əndazəni aşıb
Tarix: 30-06-2018 13:07 | Bölmə: Şou-biznes / Xəbərlər
Müğənnilərin qarşıdurması əndazəni aşıb

Müğənni Nazəninlə Təranə Qumral arasında məhkəmə çəkişməsi kritik həddi keçib.

T. Qumralın “Nazənin pul verib, məni həbs etdirmək istəyir”,- ittihamı qarşı tərəfi özündən çıxarıb.

Reyting.az-ın xəbərinə görə, müğənni Nazənin Salayeva yenicag.az-a açıqlamasında ölkə başçısına müraciət etdiyini deyib:

“Ədliyyə Nazirliyində istintaqı başa çatan təqsirləndirilən şəxs Təranə Qumral Nərimanov Rayon Məhkəməsinin iclas zalında izahat verərək dəfələrlə bildirir ki, dövlət adından çıxarılan məhkəmə qərarını icra etməyəcək. Bəzi mətbu orqanlara açıqlama verib ki, məhkəməyə pul verib, onu həbs etdirmək istəyirəm. Bu fikir məhkəmənin nüfuzuna xələl gətirməkdir. Bununla da belə bir ictimai fikir formalaşdırır ki, məhkəmə qərarını icra etməyənə cəza verilmir.

Bu pozuntu ilə bağlı məhkəmənin hakimi tərəfindən heç bir tədbir görülmür. Müğənni açıq-aşkar dövlətimizin adından çıxarılmış qərarı, eləcə də məhkəməni ciddi qəbul etmir”.

Nazənin bildirib ki, bu ilin may ayında cinayət işi üzrə məhkəmə prosesi başlasa da, T.Qumral indiyə qədər cəzalanmayıb:

“Bundan istifadə edən təqsirli şəxs Təranə Qumral mənə qarşı təzyiqləri dayandırmır. Ölkə başçısı cənab İlham Əliyevdən xahiş edirəm ki, bu müraciətimi nəzarətə götürsün”.

Qeyd edək ki, bir neçə gün öncə Nazənin T.Qumralın onu ölümlə hədələdiyini bildirib.

Cəvahir




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər