Müğənni–rəqqasə qarşıdurması böyüyür
Tarix: 14-07-2018 12:47 | Bölmə: Şou-biznes / Xəbərlər
Müğənni–rəqqasə qarşıdurması böyüyür

Rəqqasə Fatimə "Hər şey daxil"də həyat yoldaşına bağ evində xəyanət etdiyi barədə məlumat yaydığı deyilən müğənni Xatun Əliyevaya xəbərdarlıq edib.

Rəqqasə dodaqlarını ələ salan müğənniyə "Silikon etmişəm, yaxşı eləmişəm",- deyib.

Fatimənin Xatunun statusuna canlı yayımda verdiyi cavabı təqdim edirik:

"Azərbaycan demokratik ölkədir və qanunlar var. Məni tanıyanlar bilir ki, namusum, qeyrətim təmizdir. Mən əziyyətlə iki övlad böyütmüşəm. Kimsə gəlsin mənim haqqımda "bağda xəyanət" ... Bax, bu nə deməkdir?

Qaldı mənim dodaqlarıma... Lap belə eləmişəm, bax, sənə nə?!"

Qeyd edək ki, Xatun İnstaqram-da Fatimənin ünvanına "Bu fotonu gördüm bir müğənnimi, rəqqasəmi, düşükmü, afiristmi, ev yıxanmı deyim, o düşdü yadıma. Bu fotonun eynisi var məndə... Çıxıb efirə utanmaz-utanmaz yalan danışır, ağıl verir, akademiklik edir. Deyir, mənim dodaqlarım anadangəlmədir,silikonum yoxdur.

Son xəbərdarlıq: sən bir də orda-burda məndən danışasan, mənə şər atasan, müğənnilərə məndən yalan sözlər desən, ara vursan, səni rüsvay etməsəm, mənə Xatun deməsinlər. İki dəfə xəbərdarlıq etmişəm yanındakılara. Bu da üçüncü.

Get, yalan, bədbəxt həyatını yaşa. Əl çək məndən. Yalan deyən rəqqasədir... Xəyanət, yalançı, dilin yanacaq. Sağ göstərib, sol vuraram",- sözlərini yazıb.

Bildirək ki, Xatunla Fatimə arasında uzun müddətdir qalmaqal yaşanır. Bir vaxt rəfiqə olan və məclislərə bir gedən rəfiqələr indi düşmən olublar.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər