16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Məşhur müğənni oğlu ilə birgə yol qəzasına düşüb
Tarix: 25-08-2018 09:11 | Bölmə: Şou-biznes / Xəbərlər
Məşhur müğənni oğlu ilə birgə yol qəzasına düşüb

Türkiyənin tanınmış müğənnisi Sibel Can İstanbulda oğlu ilə yol qəzasına düşüb.

"Anadolu" agentliyi xəbər verir ki, Beşiktaşın Barbaros prospektində biri mikroavtobus olmaqla 5 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

Hadisə zamanı biri uşaq olmaqla 3 nəfər yaralanıb. Qəzaya düşən avtomobillərdən birində müğənni Sibel Can və oğlu Əmir Aksüt də olub. Onların xəsarət almadığı bildirilir.

Sibel Can qəzadan sonra mətbuat nümayəndələrinə verdiyi açıqlamada, təhlükəsizlik kəməri istifadə etməyin zəruri olduğunu bildirib və xəsarət almamasını bununla əlaqələndirib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}