Röya Ayxanı məhkəməyə verirlər - Qalmaqal
Tarix: 29-08-2018 20:30 | Bölmə: Şou-biznes / Xəbərlər
Röya Ayxanı məhkəməyə verirlər

Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxanın qalmaqalı məhkəməyə qədər gedib çatıb.

F. Kərimova qarşı tərəfi məhkəmə ilə hədələyib.

Müğənni Röyanın onun ünvanına dediyi sözləri bağışladığını, amma onun bunu başa düşmədiyini bildirib:

"Mən demişəm, yenə təkrar edirəm: məhkəmədən tutmuş, mənə yönləndirilən güvəndiklərinə qədər hər bir qərəzli sözün sahibinin boynuna biçiləcək cavabım var. Bu 78 ili sizin kimi necə gəldi yaşamadım ki, öz beyninizə görə mənə söz deməyə həm diliniz ola, həm dilçəyiniz olsun.

Səni analığına bağışladım, layiq olduğun-olmadığın xoş sözlərlə başa salmağa çalışdım. Görürəm ayağın yer aldı. Açıq məhkəmədə görüşənədək".

Qeyd edək ki, F. Kərimova ilə Röya arasında uzun müddətdir qalmaqal gedir. Kərimova müğənni ilə bağlı köşə yazısı yazmışdı. Qarşı tərəf də ona sərt sözlərlə cavab verib. Sonuncu dəfə isə Röya F. Kərimovanın qızına müraciət edərək "Zümrüd, xahiş edirəm bu sənətkara diqqət ayırın. Ayıbdır artıq. Hüseynə de ki, sağım-solum bəlli deyil. Səbrimi doldurdu", sözlərini deyib.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}