Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
Tarix: 27-04-2024 17:09 | Bölmə: Xəbərlər
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES-2024” çoxmillətli təlim keçirilir.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb edilib.

“EFES-2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}