Ukraynaya məxsus 17 PUA vurulub
Tarix: 28-04-2024 11:09 | Bölmə: Xəbərlər
Ukraynaya məxsus 17 PUA vurulub

Rusiya Federasiyasının növbətçi hava hücumundan müdafiə sistemləri gecə saatlarında ölkənin dörd vilayəti üzərində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatını (PUA) vurub.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb.

Nazirlik bəyan edib ki, Bryansk vilayəti ərazisi üzərində doqquz, Kursk vilayəti ərazisi üzərində üç, Kaluqa vilayəti üzərində üç, Belqorod vilayəti üzərində isə iki pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
10-05-2024, 12:51 Sabiq rektora hökm oxunub

{sape_links}{sape_article}