Amerikada elektrik avtomobillərinə maraq azalır
Tarix: 11-09-2024 15:40 | Bölmə: Xəbərlər
Amerikada elektrik avtomobillərinə maraq azalır

Amerikalıların elektrik avtomobillərindən qorxduqları üzə çıxıb.

Reyting.az
xəbər verir ki, "EY Mobility Consumer İndex"-in məlumatına görə, 2024-cü ildə amerikalıların elektriklə işləyən avtomobil almağa marağı keçən illə müqayisədə 14 faiz azalıb.

Məlumata görə, yaxın iki il ərzində avtomobil almağı planlaşdıran respondentlərin cəmi 34 faizi elektriklə işləyən maşın seçməyə hazırdır. 2022-ci ildə isə bu rəqəm 48 faiz idi.

Amerikalı alıcıları elektrik avtomobilləri almaqdan çəkindirən əsas səbəblərdən biri onların akkumulyatorunun dəyişdirilməsinin baha olması və ictimai enerjidoldurma məntəqələrinə girişin çətinliyidir.

"EY Americas"-ın avtomobil şöbəsinə rəhbərlik edən Stiv Patton deyib ki, elektrikli avtomobillərə tələbatın azalması gözlənilməz dərəcədə güclü bir göstəricidir.

Elektriklə işləyən avtomobillərə maraq azalsa da, aparılmış digər sorğularda bəzi müsbət tendensiyalar da qeyd olunub. Elektromobil bazarındakı məhdud çeşidlərdən narahat olan alıcıların payı 30 faizdən 24 faizə düşüb. Doldurma stansiyalarına daxil olmaqda çətinlik çəkənlərin nisbəti isə 2022-ci illə müqayisədə 34 faizdən 23 faizə enib.

Buna baxmayaraq, daha bir yeni problem gündəmə gəlir: elektrik avtomobillərində batareyaların dəyişdirilməsi çox bahadır.

ABŞ Energetika Nazirliyinin qeyd etdiyi kimi, bu cür narahatlıqlar əslində şişirdilə də bilər, çünki iş şəraitindən asılı olaraq batareyanın ömrü 12 ildən çoxdur. Əksər avtomobillər isə yenidir.

Bundan əlavə, tədqiqatlar göstərib ki, bu ölkədə hibrid avtomobillərə maraq artıb. ABŞ-da hibrid maşınlar almağı planlaşdıranların sayı bu il də 2 faiz artaraq 17 faizə çatıb. Bir çox alıcılara təklif edilən hibridlər elektrik, həmçinin də benzin texnologiyası arasında balans yaratmaq üçün sərfəli və daha təhlükəsiz seçim kimi görünür.

Mütəxəssislər bildiriblər ki, amerikalıların 45 faizi quraşdırılmış naviqasiya xidmətləri üçün pul ödəməyə hazırdır, ancaq 36 faizi smartfonların quraşdırıldığı avtomobildə naviqasiyanı, təhlükəsizliyi, eləcə də bir çox texniki xidmət sistemlərini tamamilə əvəz edə biləcəyinə inanır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib