13:25 / 21-10-2025
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
13:21 / 21-10-2025
"Space TV"-yə xəbərdarlıq edilib
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
12:48 / 21-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:38 / 21-10-2025
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
12:36 / 21-10-2025
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
12:24 / 21-10-2025
Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
11:48 / 21-10-2025
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
11:37 / 21-10-2025
Astanada Əliyevlə Tokayevin təkbətək görüşü olub - (Yenilənir) - Fotolar
11:34 / 21-10-2025
Yeni "Odisseya" filmi "Avatar 3" vasitəsilə tanıdılacaq - Fotolar
11:20 / 21-10-2025
Yavər Camalovun ailəsinə ağır itki üz verib
11:05 / 21-10-2025
Hacıyev: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri vahid "6-lıq" modelini formalaşdırır
10:58 / 21-10-2025
Ramiz Mehdiyevin kürəkəni qəzəblənib - Video
10:46 / 21-10-2025
Avropada kommunal xidmət xərcləri artır
10:24 / 21-10-2025
"SpaceX" 10 000-ci peykini orbitə çıxardıb - Foto
09:53 / 21-10-2025
Xəstə heyvanlar bazarlarda satılır?
09:48 / 21-10-2025
ABŞ Rusiya aktivlərindən Ukraynanın istifadəsinə qarşıdır
09:27 / 21-10-2025
Donald Tramp əleyhdarlarını təhqir edib - Foto
09:21 / 21-10-2025
Rəşid Mahmudov: “Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil”
09:15 / 21-10-2025
Türkiyənin yük təyyarəsi dənizə düşüb
09:05 / 21-10-2025
Metroya qara çarşabla minən kişi saxlanılıb - Foto
08:57 / 21-10-2025
Rusiya Budapeşt sammitindən irəliləyiş gözləyir
08:45 / 21-10-2025
İsrail ordusu atəşkəsə əməl etmir
08:38 / 21-10-2025
Bayden prostat xərçənginin müalicəsini tamamlayır
08:31 / 21-10-2025
Bessent: ABŞ “G7”-dən Rusiyaya təzyiqi artırmasını gözləyir
08:24 / 21-10-2025
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
08:19 / 21-10-2025
Yaponiyada hökumət istefa verib
08:13 / 21-10-2025
Yunanıstan Egey adalarını İsrail PUA-ları ilə qoruyacaq
07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

16:07 / 20-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

14:39 / 19-10-2025

00:02 / 17-10-2025

“Mumu”dan dərs almayanlar... - Pərvanə Bayramqızı yazır
Tarix: 16-09-2024 11:26 | Bölmə: Xəbərlər

Pərvanə BAYRAMQIZI
Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” əsərinin “Karokep” hissəsində adamı riqqətə gətirən epizod var. Həmin hissəni oxuyanda oxumağa fasilə verir, düşünürsən: “İlahi, vicdan hissini oyatmağın necə gözəl yolları varmış. Vicdanlısansa, oxuduğun qəlbini təzədən gözəlləşdirəcək, düşüncənin dərin qatlarına enəcəksən”.
Finlandiyada quldurluğu ilə insanları həyəcanlandıran Karokep adlı şəxs cinayətkarlıqda ad çıxarır. Onu ruhi xəsətəxanaya salsalar da, oradan qurtula bilir. Uşaqlıqda olduqca məsum, həssas olan qulduru cinayətlər törətməyə təhrik edən cəmiyyətin çirkabı olur. Yanında işlədiyi tacirin malını kəndlilərə paylayıb özünü də kötəkləməyinə səbəb tacirin tərəzidə fırıldaq edib insanları aldatmasıdır. O, insanların tamahkarlığını, ədalətsizliyini, yalan danışmaqlarını qəbul edə bilmir. Qəzəb, nifrət hissi onu qatilə çevirir. Sonda isə keşişin təsiri ilə cinayətdən çəkinib doğru yola qayıdır. L. Tolstoyun təbirincə desək, dirilmə bir gecənin içində baş verir.
Quldur ruhi xəstəxanadan qaçıb yaraladığı keşişin yanına gəlir. Keşiş onu içəri buraxanda ona sual verir ki, sizi yenə öldürə biləcəyimdən qorxmursunuzmu?
“Qorxmuram”, – deyir keşiş. Quldur səbəbini soruşanda verdiyi cavab oxucunu təsirləndirir: “Gözləri belə olan insanlar heç vaxt kimisə öldürməzlər”.
Quldur:
- Mənim gözlərim necədir?
Keşiş:
- Hüznlü. Dərin kədər var içində.
Keşiş rəftarı ilə quldurun içində közərən işığı üzə çıxarır, üfürüb alovlandırır. Quldur ağlayır, diz çöküb üzr istəyir. Keşişin təsiri ilə yenidən uşaqlıqdakı kimi saflaşmağa can atır. Nəticə həssas oxucuların ürəyincədir. Cinayətkar üç övladına mükəmməl təhsil verən ataya çevrilir.
Toyuğun cücələrini qanadı altına yığıb saxladığını görəndə qatilin qolları boşalıb silahı əlindən düşərsə, dünyanın düzələcəyinə inamımız artar. Onda müharibə də olmaz. Necə ki, bu mənzərə laqeyd qarşılanıb, sadəcə ev quşunun adi günlərindən biri kimi dəyərləndiriləcək, bəşəriyyət çox bəla çəkəcək.
Kədərin hikməti var. Həddən çox eyforiya vecsizliyə aparır. Kefcillik milləti özünüdərkdən uzaqlaşdırır. Kədər insanı özünü dərk etməyə sövq edir.
Mahiyyəti eyni olan başqa bir əsərdən göstərəcəyim nümunə də hissiyyatsız insanlarda bayılmış vicdan üçün naşatır spirti effekti verəcək.
Oğurluğa düşən kişi ilə ev sahibi qadının dialoqu:
Qadın:
- Bir az da qalın, söhbət edək. Elə maraqlıdır ki, istəyirəm, izah edəsiniz nə üçün oğurlamaq – sizə çatası şeyi götürməkdir?
Oğru səmimiyyətlə həyatını danışır. Oxucuya məlum olur ki, o, əslində, öz haqqı olanı istəyir. (Əhatəli yazmayacağam, əsəri tapıb oxuyun. Aşağıda adını qeyd edəcəyəm). Qadın dinləyir. Qəfildən xidmətçilər otağa daxil olurlar. Oğru Lyük qadından nə vaxt zəng etdiyini soruşur. O, zəngin düyməsinin stolun altında olduğunu deyir. Özünün səmimiyyəti, qadının hiyləgərliyi onu təəssüfləndirir. Əslində, yardım istəmək zərərçəkənin haqqıdır, amma oğrunun izahına və rəftarına görə bu hərəkəti tədbir yox, hiyləgərlik saymaq olar. Qadın tapançanı onun əlindən almağa nail olsa da, öldürə bilmir. Oğrunun sözlərinin təsirindən cəsarətini itirir. İnsanı mənən öldürmək cismən məhv etməkdən asandır. Qadının hiyləsi artıq oğrunu mənən öldürür, səmimiyyətə inamını itirir. Yazıçı cismani ölümü ona qıymır. Bəlkə də, qadını qatil etmək istəmir. Cek London “Martin İden”də qadının bir kişini mənən öldürdüyünün əvəzini burada – “İnsan öldürmək” hekayəsində çıxmağa çalışır. Ruf Martini mənəvi boşluğa itələmişdi. Oradan xilas ola bilməyən Martinin intiharı seçməsində əsl günahkar Ruf idi, amma ona cinayət işi açmaq mümkün deyil. Mənəviyyat qatilləri məsuliyyətdən azaddırlar, ona görə istədikləri şəraitdə qurbanlarını istədikləri rəftarla, sözlə məhv edə bilirlər. Yazıçı hekayədə qadına cəsarətsizlik verib oğrunun səmimiyyətinə təslim edir. İnsanı mənən diriltmək, yenidən həyata qaytarmaq onu öldürməkdən çətindir. Lev Tolstoyun “Dirilmə”si də mövzuya gözəl nümunədir. O qədər böyük əsərdir ki, özünü ayrıca təhlil etməyə ehtiyac var. Orada kişi keçmişdə buraxdığı səhvi düzəltməklə özü özünü dirildir, qadını da xilas edir. Jan Valjanı xatırlamaq da təbiidir. Yepiskopun gümüş şamdanını oğurlasa da, şamdan sahibi onu bağışlayır. Bundan sonra Valjan tövbə edib ləyaqətli adam olur.
Xatırlamağa çalışaq: neçə gözə kədər, neçə qəlbə ümid, inam vermişik? Hesabatını aparıb, xəcalət çəkib, yaxud məmnun olmuşuqmu? Neçə qulduru bağışlayıb vicdan hissini oyatmışıq? Neçə səhv sahibini cəmiyyətə qaytarmışıq? Bir insanı doğru yola qaytarmaqla müqayisədə nəinki gümüş, heç qızıl şamdanın da dəyəri yoxdur. Sağlam mənəviyyata zərbə vuranların sayının azalması üçün ən gözəl əsərlərin oxunması, yazılması vacibdir. Ədəbiyyatın tərbiyəedici funksiyasına inanıram. Şamdanımız oğurlansa da, təki kimisə mənən dirildək. Onda bütün əşyalarımız özümüzdə qalacaq.
Elə buradaca özümün fikrini təkzib edən ötənilki paylaşımımı xatırladım: “Mumu” Putinin ölkəsində yazılıb”.
Pessimistlik olmadı ki?
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:21
"Space TV"-yə xəbərdarlıq edilib
Bu gün, 12:00
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
Bu gün, 10:58
Ramiz Mehdiyevin kürəkəni qəzəblənib - Video
Bu gün, 09:27
Donald Tramp əleyhdarlarını təhqir edib - Foto
Bu gün, 09:15
Türkiyənin yük təyyarəsi dənizə düşüb
Bu gün, 09:05
Metroya qara çarşabla minən kişi saxlanılıb - Foto
Bu gün, 08:57
Rusiya Budapeşt sammitindən irəliləyiş gözləyir
Bu gün, 08:19
Yaponiyada hökumət istefa verib
Bu gün, 07:48
Ruslar Xarkova hücum edib
Dünən, 18:04
Tramp Ukrayna prezidentini hədələyib
Dünən, 16:19
Venesuela həmləsi - Nurlan Umudov yazır
Dünən, 15:46
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
Dünən, 14:51
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
Dünən, 14:41
Nizami Rəmzinin qızı həbs edilib
Dünən, 13:02
Ramiz Mehdiyevin gəlini işə çıxmır
Dünən, 12:11
DİN əhaliyə çağırış edib
Dünən, 10:35
Sabiq idarə rəisi azadlığa buraxılıb
Dünən, 10:15
Goranboyda kafedə kütləvi dava: xəsarət alanlar var
Dünən, 08:11
Prezident seçkilərində “autsayder” qalib gəlib
Dünən, 07:16
Çin "Falcon 9" raketinin bənzərini yaradıb
Dünən, 00:07
İlham Əliyev Zəngilanla bağlı paylaşım edib - Video
19-10-2025, 14:39
Ayı ata və oğula hücum edib
19-10-2025, 09:07
Avropa Ukraynaya hərbi yardımı azaldıb
19-10-2025, 07:56
Zahid Oruc ittihamlarla razılaşmır
18-10-2025, 18:04
Rusiyalı bloqer evində ölü tapılıb
17-10-2025, 23:44
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
17-10-2025, 23:09
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
17-10-2025, 19:51
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
17-10-2025, 19:50
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
17-10-2025, 17:55
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17-10-2025, 16:46
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
17-10-2025, 16:20
Departament rəisi vəzifədən azad edilib
17-10-2025, 15:30
Ramiz Mehdiyev 7 saat dindirilib?
17-10-2025, 13:49
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
17-10-2025, 13:01
Qurban Qurbanov yeni biznesə başlayıb
17-10-2025, 11:57
Yasamaldakı silahlı insident: iki nəfər saxlanılıb
17-10-2025, 10:57
Üç tanınmış hakim təqaüdə göndərilir
17-10-2025, 10:47
Ruslar Krivoy Roqa kütləvi hücuma keçib
17-10-2025, 10:12
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq
17-10-2025, 10:10
Bakıda iki nəfər bıçaqlanıb
17-10-2025, 10:01
Rusiyalı müxalifətçini öldürmək istəyənlər ələ keçib
17-10-2025, 08:52
Kürdəmirdəki uşaq bağçasında yanğın olub
17-10-2025, 08:36
ABŞ ordusu gəmiyə hücum edib
16-10-2025, 22:40
Mehriban Əliyeva Vatikanda - Fotolar - Yenilənib
16-10-2025, 22:06
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
16-10-2025, 21:46
Trampla Putin Budapeştdə görüşəcəklər