20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Rusiya ən azı daha iki il döyüşə bilər” - General
Tarix: 18-09-2024 20:36 | Bölmə: Dünya
“Rusiya ən azı daha iki il döyüşə bilər”

“Rusiya Federasiyasının işğalçı ordusu Ukraynaya qarşı ən azı bir-iki il hərbi əməliyyatlar apara biləcək”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

“Vəziyyət və onun perspektivləri ilə bağlı müxtəlif qiymətləndirmələr var. Qərb və Ukrayna ekspertləri hazırda Rusiya Federasiyasının müharibə vəziyyətini və potensialını, xüsusən də iqtisadiyyat və hərbi sənaye kompleksinin transferini nəzərə alaraq qiymətləndirirlər”,- general bildirib.

Romanenkonun sözlərinə görə, Rusiya bu vəziyyətdə daha iki il dözə bilər. Yəni cəbhədəki döyüş əməliyyatlarının intensivliyi Ukraynanın müttəfiqlərinin silah, texnika və döyüş sursatlarının tədarükünə necə kömək edəcəyindən asılı olacaq:

“Fakt budur ki, Rusiya Federasiyası indi “tərəfdaşlarından” dəstək alır - təkcə Şimali Koreya ruslara 5 milyon artilleriya mərmisi verib”.

General bəyan edib ki, indi müəyyən fasilədən sonra Amerika və müttəfiqlərinin köməyi təəssüf ki, kifayət qədər effektli deyil: “Vəziyyət və perspektivlər tərəfdaşların vəziyyəti dəyişdirəcək yardım göstərib-götürməməsindən asılı olacaq. Əgər geniş yardım sayəsində vəziyyət dəyişsə, bu, şans yaradacaq ki, gələn ilin sonuna qədər Ukraynanın hərbi əməliyyatlarının dayandırılması ilə bağlı danışıqlar gündəmə gəlsin”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər