20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Almaniya qarışqaların hücumuna məruz qalıb
Tarix: 18-09-2024 20:26 | Bölmə: Cəmiyyət
Almaniya qarışqaların hücumuna məruz qalıb

Aralıq dənizi qarışqaları Almaniyanın cənubunda elektrik kabellərinə və internet xətlərinə hücum edir, onları çeynəyərək, ciddi ziyan vururlar.

Reyting.az
“Bild” nəşrinə istinadla xəbər verir ki, tapinoma magnum qarışqaları 2-3 mm uzunluğundadır və Aralıq dənizindən İsveçrə vasitəsilə Almaniyanın cənubuna gəliblər.

İnvaziv növlər sürətlə yayılır: onlara əvvəlcə sərhəd şəhəri Lörrax, sonra Kehl, Haderberg və Karlsrue, indi isə Ştutqartda rast gəlinib. Böcəklər elektrik kabellərini və interneti çeynəyərək enerji təchizatı və rabitədə fasilələrə səbəb olur.

Mütəxəssislər böcəklərin xəstəlikləri ötürmədiyini deyirlər. Ancaq bəziləri qısamüddətli allergiyaya və psixoloji stressə səbəb ola bilərlər.

Məlumata görə, Kehldə qarışqalar evlərə girərək bağ hasarlarını dağıdırlar.

Almaniyada 130-dan çox iri quş Konstans gölü yaxınlığındakı Hohenfels kəndini qorxudur. Ümumilikdə orada 450 nəfər yaşayır. Ağ leyləklər məhsul yeyir, səs-küy salır və hər yerdə nəcis qoyur. Yerli fermerlərin dediyinə görə, bu quşların çox inkişaf etmiş “ağız sözü” var: tarlalar səpilən kimi bütün ərazidən quşlar yemək üçün dərhal oraya toplaşır.

Bələdiyyə sədri Florian Zindeler deyib ki, bu quşlar qorunduğundan, nə sakinlər, nə də səlahiyyətlilər onlara qarşı tədbir görə bilmirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər