15:53 / 20-09-2024
Yerə asteroid yaxınlaşır
12:30 / 20-09-2024
Sabah yağış yağacaq
"Müsəlman Birliyi"nin fəalına 7 il həbs cəzası verilib
Tarix: 20-09-2024 18:01 | Bölmə: Xəbərlər
"Müsəlman Birliyi"nin fəalına 7 il həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının İdarə Heyətinin üzvü Ağəli Yəhyayevə hökm oxunub. O, külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunur.

Reyting.az
xəbər verir ki, Yəhyayev ittihamları rədd edərək işi uydurma adlandırıb. Bu barədə fəalın yaxınları bildiriblər.

Məhkəmə onu 7 il azadlıqdan məhrum edib.

Hökmdən Apellyasiya Məhkəməsinə şikayət veriləcək.

Yəhyayev 31 avqust 2023-cü ildə saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Ağəli Yahyaev əvvəllər iki dəfə, o cümlədən 2015-ci il Nardaran hadisələri ilə bağlı cinayət təqibinə məruz qalıb.(Turan)




Bölməyə aid digər xəbərlər