Kamala Harris Vladimir Zelenski ilə görüşəcək
Tarix: 19-09-2024 07:10 | Bölmə: Xəbərlər
Kamala Harris Vladimir Zelenski ilə görüşəcək

ABŞ-nın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris gələn həftə ABŞ-a səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumatda o da qeyd olunur ki, Ukrayna lideri Vaşinqtona səfəri zamanı Ukraynanın NATO və Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirə, həmçinin Kiyevə daha müasir silahların tədarükünü tələb edə bilər.

Hələlik qarşıdakı görüşün vaxtı və yeri barədə dəqiq məlumat verilmir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib