15:53 / 20-09-2024
Yerə asteroid yaxınlaşır
12:30 / 20-09-2024
Sabah yağış yağacaq
Şəhid Tərlan Rüstəmov dəfn olunub
Tarix: 20-09-2024 16:43 | Bölmə: Xəbərlər
Şəhid Tərlan Rüstəmov dəfn olunub

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Rüstəmov Tərlan Kamal oğlunun meyitinin qalıqları bu gün şəhidin yaşadığı Qaradağ rayon Lökbatan qəsəbəsinə gətirilərək dəfn olunub.

Reyting.az
xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qaradağ təşkilatının sədri, Milli Məclisin VI çağırış deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, Şura üzvləri, şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Qaradağ rayonu, Lökbatan qəsəbəsində Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Rüstəmov Tərlan Kamal oğlu 1974-cü il mart ayının 21-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci ildə Ağdam rayonu istiqamətindəki hərbi əməliyyatlarda iştirak edib və 1992-ci ilin sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.  

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər