20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Allahverdi Məmmədov Almaniyadan Azərbaycana ekstradisiya olunacaq
Tarix: 20-09-2024 18:01 | Bölmə: Cəmiyyət
Allahverdi Məmmədov Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Azərbaycan vətəndaşı Məmmədov Allahverdi Mirzə oğlu Almaniyadan Azərbaycana ekstradisiya olunacaq.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib:

"Allahverdi Məmmədovun dələduzluq, rüşvət verməyə təhrik etmə, rəsmi sənədi saxtalaşdırma və qanunsuz miqrasiya təşkil etməyə cəhd cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür."




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər