15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
Yusif Abdullayev 4 illik diskvalifikasiya olunub
Tarix: 14-10-2024 09:55 | Bölmə: Xəbərlər / İdman
Yusif Abdullayev 4 illik diskvalifikasiya olunub

Hündürlüyə tullanma üzrə Azərbaycan çempionu Yusif Abdullayev 4 illik diskvalifikasiya olunub.

AMADA-nın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

O, nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməməyə görə cəzalandırılıb. Atletin cəzası sentyabrın 11-dən qüvvəyə minib və 2028-ci il sentyabrın 10-da bitəcək.

Qeyd edək ki, Y.Abdullayev bu ilin mayında hündürlüyə tullanma üzrə Azərbaycan çempionu olub.




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib